Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Azərbaycanda ailənin yeganə oğlan övladlarının hərbi xidmətinin fərqli qaydada təşkili məsələsi hazırda gündəmdə deyil.

Bizim.Media xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ nə parlamentdə, nə də aidiyyəti dövlət qurumlarında müzakirə olunur.

Onun sözlərinə görə, ölkədə əksər ailələrdə bir oğlan övladı olduğu üçün belə bir modelin tətbiqi praktiki baxımdan da mümkün görünmür.

"Azərbaycanda zatən əksər ailələrdə bir oğlan uşağı olduğuna görə onların sayı belə bir qərarın qəbul edilməsi və yaxud da tək oğlan uşaqlarının fərqli yerləşdirilməsinə imkan vermir. Belə bir təklif nə parlamentdə müzakirə olunub, nə güc strukturları bu barədə təklif verib, nə də digər aidiyyəti qurumlar belə bir təşəbbüslə çıxış ediblər", – ekspert deyib.

Ədalət Verdiyev hesab edir ki, belə bir yanaşma demoqrafik baxımdan da arzuolunmaz nəticələr yarada bilər.

"Statistik məlumatlar onu deməyə əsas verir ki, bu cür müzakirələr böyük neqativ hallara gətirib çıxara bilər. Bir çox ailələr ikinci oğlan uşağının dünyaya gəlməsi ilə bağlı fərqli qərarlar verə bilər. Onsuz da ölkəmizdə doğum sayı azalır. Belə bir qərar demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər".

Ekspert vurğulayıb ki, ailədə digər oğlan övladının olub-olmamasına görə çağırışçılar arasında fərq qoyulması Konstitusiyada nəzərdə tutulan bərabərlik prinsipinə də uyğun deyil.

"Hər bir insan fərdidir. Ailəsində başqa oğlan uşağının olub-olmamasına görə fərq qoyulması vətəndaşların Vətən qarşısında borcunu yerinə yetirməsi məsələsində bərabərlik anlayışını pozmuş olar".

Ədalət Verdiyevin sözlərinə görə, hazırkı regional təhlükəsizlik şəraiti də bu cür güzəştlərə imkan vermir.

"Sağımızda və solumuzda böyük müharibələr gedir, regional münaqişələr qlobal miqyasa yaxınlaşır. Belə bir şəraitdə Avropanın təhlükəsizlik baxımından fərqli ölkələrində tətbiq olunan məhdudiyyətləri Azərbaycana uyğunlaşdırmaq düzgün olmaz. Təhlükələr artdıqca dövlət ordunun sayını və komplektləşdirmə səviyyəsini yüksək saxlamaq məcburiyyətindədir. Belə olan halda ayrı-ayrı kateqoriyalara güzəştlər və imtiyazlar verilməsi ordunun komplektləşdirilməsinə mənfi təsir göstərə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO