Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Dövlət Miqrasiya Xidmətinə (DMX) “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda mediatur təşkil olunub.

Bizim.Media xəbər verir ki, miqrasiya sahəsində məlumatlılığın artırılması, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin geniş ictimaiyyətə çatdırılması, eləcə də media ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə təşkil olunan tədbirdə Xidmətin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı tərəfindən media nümayəndələrinə “Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları” mövzusunda təlim keçirilib.
 

Mediatur çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov jurnalistlərlə görüşüb. Xidmət rəisi miqrasiyanın daha səmərəli idarə edilməsində medianın fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu görüş media ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və ictimaiyyətin operativ məlumatlandırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.


Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, tətbiq olunan rəqəmsal yeniliklər, ölkədə miqrasiya proseslərinin idarə olunması və bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq miqrasiya proseslərinin səmərəli idarə olunması, qanuni miqrasiyanın təşviqi, qanunsuz miqrasiyanın qarşısının alınması və insan hüquqlarının qorunması istiqamətində ardıcıl fəaliyyət göstərdiyi qeyd edilib.

Sonra Xidmət rəisi media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Görüşdən sonra media nümayəndələri üçün Bakı şəhər regional miqrasiya baş idarəsinə mediatur təşkil olunub. İştirakçılar Xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin və Çağrı mərkəzi şöbəsinin fəaliyyəti, həmçinin əməkdaşların gündəlik iş prosesi ilə yaxından tanış olublar.





Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Ukrayna Luqanska hücum etdi - Rahib həyatını itirdi

Ukrayna Luqanska hücum etdi - Rahib həyatını itirdi

Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

End of content

No more pages to load

RADİO