İranda seçkinin ilkin yekunu - 42 illik dəyişməzlik SİNDROMU

18 iyunda İranda çoxdan gözlənilən prezident seçkiləri baş tutdu. Yaxın Şərqdəki siyasi vəziyyətə birbaşa təsir edəcəyi gözlənilən prezident seçkilərinin əvvəlki illərlə müqayisədə olduqca sönük keçdiyi müşhidə olunurdu. 29 milyon yaxın seçicinin iştirak etdiyi səsvermə prosesi 59 milyon nəfərlik seçici kütləsinin böyük əksəriyyətinin maraq göstərməməsi ilə yadda qaldı. 

Prezident Həsən Ruhaninin və Ali dini lider Ayətulla Xamneyinin əhaliyə mürəciəti belə seçkilərdə iştirak faizinin artmasında təsirli olmadı. Hətta sayca 13-cüsü keçirilən prezident seçkilərində səsvermə müddəti normal vaxtdan 2 saat gec sona çatdı. Buna əsas səbəbi isə seçkilərdə daha çox seçici iştirakını təmin etmək idi.
 

MÖVZU İLƏ BAĞLI:

İbrahim Rəisi İranın prezidenti seçildi


19 iyunda seçkilərin ilkin nəticələrinə əsasən mühafizəkar namizəd İbrahim Rəisinin İranın yeni prezidenti olacaq. Səslərin böyük əksəriyyətini alan Rəisinin İranda mühafizəkar qanadı təmsil etməklə yanaşı Ali dini lider Ayətulla Xamneyi ilə yaxın münasibətlərə malik olduğu məlumdur.

İbrahim Rəisini kim və nə üçün dəstəkləyirdi?

İbrahim Rəisinin seçkilərdə qalib gələcəyi bir neçə həftə əvvəlcədən təxmin edilirdi. Xüsusilə seçki kampaniyasının son həftələrində reformist namizəd Mohsen Mehralızadənin namizədliyini geri götürməsi Rəisinin prezident olmaq yolunu açmışdı. Məlumatlara görə, İran Parlementinin bir sıra deputatları digər namizədlərə də İbrahim Rəisinin lehinə namizədliklərini geri götürmələrini təklif edən müraciət ünvanlayıblar. Mehralızadənin namizədlikdən çəkilməsi nəticəsində əsas rəqabət 5 mühafizəkar namizəd arasında gedəcəyi və Rəisinin şəriksiz lider olduğu məlum oldu. 

Rəisinin qələbə qazanmaq şanslarını atrtıran bir digər amil isə bir sıra güclü namizədlərə seçkilərdə iştirakla bağlı veto qoyulması idi. Keçmiş prezident Mahmud Əhmədnejat, prezidentin birinci köməkçisi İsak Cahangiri və keçmiş parlament spikeri Əli Laricaninin namizədliyin qəbul edilməməsi Rəsinin qələbəsinin təməllərini atmışdı.

Qeyd edək ki, İranda seçkilərə qatılacaq namizədləri müəyyən edən qurum Konstitusiyanı
Qoruyucuları Şurası hesab olunur. Ali dini liderin birbaşa nəzarəti altında fəaliyyət göstərən qurumun qərarları da birbaşa Ayətulla Xamneyinin iradəsi çərçivəsində verilir. Bu İbrahim Rəisinin seçkilərdə qalib olmasının birbaşa İranda əsas güc sahibi hesab olunan Ali dini liderin marağında olduğunu göstəricisidir.

İranın yeni siyasi strategiyası nədir?

Reformist namizədlərin seçkiyə buraxılmaması İranın son illərdə Qərblə olduqca gərgin keçən münasibətlərinin fonunda dəyərləndirilməlidir. Özü də bir reformist olan Həsən Ruhaninin Qərblə münasibətləri yumşaltmaq strategiyası öz nəticələrini vermədi. Hazırda isə İran Yaxın Şərqdə İsrail və ABŞ-la güclü rəqabət içərisindədir. Rəqabəti davam etdirməyi hədəfləyən İranda yeni reformist namizədin qalib gəlməsi və Qərblə dialoq məsələsinin yenidən gündəmə gətirilməsi isə arzuolunan deyil.

Mahmud Əhmədnejat, İsak Cahangiri və Əli Laricani kimi nüfuzlu şəxslərin seçkiyə buraxılmaması isə İran siyasi sistemindəki qüvvələr balansı ilə bağlıdır. Adları çəkilən şəxslər İranda yetəri qədər nüfuza və tərəfdara malik şəxslərdir. Hər nə qədər Ayətulla Xamneyi ilə yaxşı münasibətləri olsa da bu şəxslər müstəqil siyasi strategiya yürütməyə meylli şəxslərdir.

Onların seçkidə qalib gəlməsi isə İranın gələcək siyasi xəttini müəyyən etmiş dairələr üçün təhlükə deməkdir.

İran prezident seçkilərində İbrahim Rəisinin qalib gəlməsi siyasi sistemi müəyyən edən əsas fiqurun Ali dini lider olması gerçəyini bir daha xatırlatmış oldu. Son illərdə İranda demokratik dəyərlərin mövcudluğunu təmin etmək məqsədilə Ali dini liderin dominant rolu pərdələnir və baş verən seçimlər xalqın iradəsinin nəticəsi kimi göstərilirdi. Son seçkilər isə İran siyasi sisteminin iş prinsipini bir daha gün üzərinə çıxarmış oldu. 

İranda etirazların yeni hədəfi kim olacaq?

İranda hər hansı formada dəyişikliyin baş verməsi birbaşa Ali dini liderin iradəsi ilə bağlıdır. Bunu qəbul etmək İranın bu günki iqtisadi və sosial böhranın əsas səbəbkarlarını da müəyyən etmək fürsəti verir. Ali dini liderin seçkilərə bu dərəcədə müdaxilə etməsi İran siyasi sisteminin əsas sütununun, Ali dini liderin, hədəfə çevrilməsi ilə nəticələnəcək. Çünki əhali artıq prezident seçkilərinin nəyisə dəyişmədiyini, prezidentlərin belə təyin olduğunu başa düşür. Ancaq ortada iqtisadi, sosial problemlər var və bu problemlər artıq neçənci ildir ki, həll olunmadan qalıb.

Görünən odur ki, İran əhalisi son seçkilərdə prezidentlik institutunun heç nəyi müəyyən etmədiyinin fərqinə varıb. Bütün problemlərin həlli birbaşa Ali dini liderlə bağlıdır. Etiraz ediləcək ünvanda məhz Ali dini liderdir. Bütün bunlar İranda gələcək etirazların yeni hədəfinin də Ali dini lider olacağını göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Ukrayna Luqanska hücum etdi - Rahib həyatını itirdi

Ukrayna Luqanska hücum etdi - Rahib həyatını itirdi

Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Türkiyədə dəhşətli meşə yanğını– VİDEO

Türkiyədə dəhşətli meşə yanğını– VİDEO

Bu abidələrimiz bərpa olunur- Fotolar

Bu abidələrimiz bərpa olunur- Fotolar

Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Elnur Azadxanov vəzifəsindən AZAD EDİLDİ

Elnur Azadxanov vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO