Müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb - FOTO

Mayın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib.

Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib.
 

General-polkovnik Z.Həsənov hər iki qardaş ölkənin hərbi qulluqçularının cəlb edilməsi ilə keçirilən birgə təlimlərin sayının cari ildə ötən ilə nisbətən artmasını xüsusi vurğulayıb.


Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab O.Məmiş müdafiə nazirinə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsiri xüsusi vurğulanıb, habelə maraq doğuran digər məsələlər müzakirə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamran Əsədovun məhkəməsi TƏXİRƏ SALINDI

Kamran Əsədovun məhkəməsi TƏXİRƏ SALINDI

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının İLK İCLASI KEÇİRİLDİ - FOTO

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının İLK İCLASI KEÇİRİLDİ - FOTO

Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş

Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş

Aqrar Universitetdə nöqsanlar aşkarlandı - FOTO

Aqrar Universitetdə nöqsanlar aşkarlandı - FOTO

Kanadada turistlərin olduğu qayıq batıb – Ölənlər var - VİDEO

Kanadada turistlərin olduğu qayıq batıb – Ölənlər var - VİDEO

"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi - FOTO

"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi - FOTO

Şəkidə parkdan keçən kişini it dişlədi

Şəkidə parkdan keçən kişini it dişlədi

Ursula fon der Lyayenin Ermənistana səfər TARİXİ açıqlandı

Ursula fon der Lyayenin Ermənistana səfər TARİXİ açıqlandı

Bu ixtisaslarda oxuyanlar iş tapa bilmirlər - Ən prestijli və prestijsiz sahələr

Bu ixtisaslarda oxuyanlar iş tapa bilmirlər - Ən prestijli və prestijsiz sahələr

Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

Marketdən oğurluq edərkən kameraya düşdü, saxlanıldı – VİDEO

Marketdən oğurluq edərkən kameraya düşdü, saxlanıldı – VİDEO

Masazır və Saray sakinlərinin NƏZƏRİNƏ

Masazır və Saray sakinlərinin NƏZƏRİNƏ

Penitensiar xidmətə qəbul qaydalarında dəyişiklik edildi - QƏRAR

Penitensiar xidmətə qəbul qaydalarında dəyişiklik edildi - QƏRAR

Bürclərin gizli FOBİYALARI – Ən çox nədən qorxurlar?

Bürclərin gizli FOBİYALARI – Ən çox nədən qorxurlar?

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

İsa Həbibbəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

İsa Həbibbəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – “Maya dəyərindən də aşağı satılır”

Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – “Maya dəyərindən də aşağı satılır”

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

Biricit Makronu yenidən vurub? – VİDEO

Biricit Makronu yenidən vurub? – VİDEO

Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

End of content

No more pages to load

RADİO