Rusiya AZAL təyyarəsinin vurulmasını unutdurmağa ÇALIŞIR – SENSASİON DETALLAR

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması hər birimizi dərindən sarsıtdı. Çünki faciəvi hadisə zamanı 26-sı Azərbaycan vətəndaşı olmaqla 38 nəfər həyatını itirdi.

Üstəlik, qəzadan sonra ilkin araşdırmalar nəticəsində məlum oldu ki, təyyarəmiz Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. Yəni, faktiki olaraq, təyyarəmiz Rusiya tərəfindən vurulub.

5 aydır uzadılan istintaq...

Artıq qəzanın baş verməsində 5 aya yaxın vaxt keçir. Lakin Rusiya tərəfi müxtəlif  və əsassız bəhanlərlərlə cinayətkarların cəzalandırılmasını ləngidir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rusiya tərəfi məsələni süni şəkildə uzatmağa çalışır. Onlar qəsdən bürokratik əngəllər yaratmaqla istintaqın aparılmasına mane olurlar.

Bundan əlavə, Azərbaycan prokurorluq orqanları hər ay bununla bağlı rusiyalı həmkarları ilə əlaqə saxlayır, istintaqın nəticə qazanması üçün fəal şəkildə çalışırlar. Ancaq heç bir nəticə yoxdur.

Belə görünür ki, Rusiya əsassız maneələr yaratmaqla hər şeyi unutdurmaq istəyir.

İlk belə hal deyil...

Nəzərə alaq ki, Rusiya tarixində belə hallar çox olub. Məsələn, Ukrayna səmasında Polşa dövlət və hökumət üzvlərinin olduğu təyyarənin Rusiya tərəfindən vurulmasından sonra da süründürməçilik variantından istifadə edildi. Həmçinin, 2014-cü il iyulun 17-də Malayziya Hava Yollarına məxsus “MH-17” sərnişin təyyarəsi Rusiya ordusuna aid raketlə vurulsa da, rəsmi Moskva cinayətkarları cəzalandırılmaq əvəzinə müxtəlif məsuliyyətsiz fikirlər səslədirildi.

Beləcə qəza nəticəsində 298 nəfər ölümünə görə Rusiya tərəfindən heç kim cəzalandırılmadı və məsələ unuduldu.

Rusiya tarixi təkrarlayır

Hadisələrin inkişafı göstərir ki, Rusiya tərəfi Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulması faktını araşdırmaq yox, unutdurmaq niyyətindədir. Belə olmasa idi, Rusiya tərəfi hadisənin araşdırılmasını aparan istintaq qrupuna əməli yardım edərdi.

Bununla da ortaya ədalətli mövqe qoymuş olardı. Çox təəssüf ki, Rusiya belə bir niyyətdə deyil.

Şübhəsiz, Rusiya tərəfinə əmr verənlər də, atəşi açanlar da yaxşı bəllidir. Lakin qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində bu günə kimi həbs qətimkan tədbiri seçilməyib.

Bu isə dost və mehriban qonşuluq siyasətinə cavab vermir.

Nəzərə alaq ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin qəza ilə bağlı 4 fevral 2025-ci ildə təqdim etdiyi ilkin hesabatda açıq şəkildə qeyd olunub ki, təyyarə havada ikən vurulub:
 

“Təhqiqat komissiyası Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin konstruksiyalarının zədələnməsinin ətraflı müayinəsini davam etdirir. Qorunub saxlanmış fraqmentlərin ilkin müayinəsi nəticəsində gövdənin arxa hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və deşilməmiş zədələr aşkar edilib.


Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində aşkarlanıb. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir", - hesabatda qeyd olunurdu.

Yəni hər şey göz qabağındadır və əlavə sübuta ehtiyac yoxdur.

Azərbaycan bunu heç vaxt unutmayacaq...

Bütün bunlarsa Rusiyanın hadisəni unutdurmaq niyyətinin göstəricisidir. Amma Rusiya tərəfi unudur ki, bu cəhdlər faydasızdır. Çünki Azərbaycan xalqı nəinki 5 ay, 35 il və hətta 200 il qabaq baş verənləri də heç zaman unutmayıb.

Zaman gələcək, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradılmasının günahkarları da, onları himayə edənləri də Azərbaycan layiqincə cəzalandıracaq. Bu mənada zaman heç də Rusiyanın xeyrinə işləmir.

Rəsmi Bakının tələbləri isə bəllidir.

Azərbaycan rəsmi şəkildə öz tələblərini dəfələrlə elan edib. Rusiya Azərbaycandan üzr istəməli, günahkarları cəzalandırılmalı, Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Yəni rəsmi Bakının tələbləri beynəlxalq hüquqa tam uyğundur. Ona görə də həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı Rusiyadan cavab gözləməyə davam edir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO