Belarus hökumətindən Ağdama HƏDİYYƏ - FOTO

Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında nümayiş etdirilən təsərrüfat texnikası ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, nümayiş etdirilən texnika Belarus hökuməti adından Ağdama hədiyyə olunub.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb.

Parkın prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi, ət və süd məhsulları, yem, gübrə istehsalı, o cümlədən xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s. daxildir.
 

Parkın sahəsi 190 hektardır, ərazinin 70%-dən çoxu artıq sahibkarların sərəncamına verilib. Yeni yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı qeydiyyatdan keçən sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir.


Hazırda Parkda 27 sahibkarlıq subyekti rezident, daha 5-i isə qeyri-rezident kimi qeydiyyata alınıb. Qeydə alınmış 32 layihə əsasında Parka 148 milyon ABŞ dollarından çox investisiya yatırılacağı və 2 100-dən çox iş yerinin yaradılması gözlənilir. İnvestorlar artıq 66 milyon dollar sərmayə qoyub, əsasən Ağdam və ətraf rayonların sakinləri üçün 649 daimi iş yeri yaradıblar.

Parkda 9 müəssisə fəaliyyət göstərir və onlar tərəfindən indiyədək 50 milyon dollarlıq məhsul satılıb, bu ilin birinci rübdə isə 37 milyon dollara yaxın dəyərində məhsul istehsal olunub.

Hazırda 10-dan çox yeni müəssisə tikilir, o cümlədən bir neçə yeni zavodun işə salınması planlaşdırılır. Parkda əlverişli biznes mühiti yaradılıb. Sahibkarlar əlavə texniki şərtlər əldə etmədən dövlət hesabına hazır infrastrukturdan istifadə etməklə layihələr həyata keçirə bilərlər.

Rezidentlər 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərini ödəməkdən, habelə istehsal avadanlıqları və mexanizmləri idxal edərkən ƏDV və gömrük rüsumlarını ödəməkdən azaddırlar. Bundan başqa əlavə güzəştlər nəzərdə tutulur: sosial sığortaya subsidiyalar, kommunal xidmətlərə 20% endirim, ƏDV-dən və bir sıra xammal və materialların idxalına görə rüsumlardan tam azad olunma (Nazirlər Kabineti tərəfindən təsdiq edilən), güzəştli bank kreditləri və s.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO