Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real siyasi əsaslar yaradıb. Bu səfər təkcə diplomatik təşəbbüs deyil, eyni zamanda regionda yaranan yeni geosiyasi düzənin diktə etdiyi tarixi zərurətdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində qonşu dövlətlərlə münasibətlərə xüsusi önəm verir:

“Türkiyə ilə müttəfiqlik, Rusiya ilə çoxşaxəli əməkdaşlıq, Gürcüstanla strateji tərəfdaşlıq formatı artıq oturuşmuş istiqamətlərdir. İranla münasibətlərin isə bu səfərdən sonra yeni məzmunla daha da dərinləşəcəyinə ciddi əsaslar yaranıb.”

Fərid Şahbazlı səfər çərçivəsində iki prezidentin bir-birinə “əziz qardaşım” deyə xitab etməsini də xüsusi qeyd edib:

“Bu ifadə diplomatik nəzakətdən daha çox, xalqlar arasında ortaq tarixi, dini-mədəni və qohumluq bağlarının siyasi münasibətlərə əks olunmasının bariz nümunəsidir. Ən əsası isə bu münasibətlərdə artıq şəxsi etimad və qarşılıqlı anlayış faktoru mühüm yer tutur.”

Şərhçi xatırladıb ki, Azərbaycan–İran münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Hazırda bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün nə hüquqi, nə iqtisadi, nə də siyasi baxımdan hər hansı maneə qalmayıb. İran Prezidentinin səfəri də göstərdi ki, bu fürsət düzgün və çevik şəkildə dəyərləndirilir.”
 

Regionda baş verən dəyişikliklər fonunda iki ölkə arasında əməkdaşlığın dərinləşməsi zərurətini vurğulayan Fərid Şahbazlı bildirib ki, Azərbaycanın yerləşdiyi geostrateji mövqe, xüsusilə də Şimal–Cənub və Şərq–Qərb dəhlizləri fonunda tranzit imkanları İran üçün də önəmlidir:


“Bu baxımdan Prezident Pezeşkiyanın səfəri zamanı strateji əməkdaşlıq planının hazırlanması təşəbbüsü çox ciddi perspektivlər vəd edir.”

Siyasi şərhçi xüsusilə qeyd edib ki, bu səfər üçüncü ölkələrin ikitərəfli münasibətləri pozmaq cəhdlərini də iflasa uğratdı:

“Uzun illər bəzi regional və qlobal dairələr İranla Azərbaycan arasında münasibətləri süni şəkildə gərginləşdirməyə çalışırdı. Lakin bu səfər bir daha sübut etdi ki, Bakı ilə Tehran arasında problemlər xarici müdaxilə ilə deyil, birbaşa və qarşılıqlı hörmətə əsaslanan dialoqla həll olunur. Bu, həm də regionda sabitliyə və etibarlı qonşuluğa töhfə verən mühüm faktordur.”
 

Fərid Şahbazlı vurğulayıb ki, İran Prezidentinin Azərbaycana səfəri təkcə siyasi dialoqun intensivləşməsi deyil, həm də iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələyə keçidini şərtləndirəcək:


“Bu səfərdən sonra İran–Azərbaycan münasibətləri daha da möhkəmlənəcək və regional sabitliyin əsas dayaqlarından birinə çevriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

End of content

No more pages to load

RADİO