Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edildi - FOTO

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclas Azərbaycan və Küveyt arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində bir tərəfdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, digər tərəfdən Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhyanın sədrliyi və hər iki ölkənin nümayəndələrinin iştirakı ilə baş tutub.

Məlumata görə, iclasın əsas məqsədi Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və möhkəmləndirilməsi təşkil edib.

Bu münasibətlər qarşılıqlı hörmət və maraqlara, eləcə də qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə işinin təşkilinə əsaslanır. İki ölkənin hökumətləri arasında mövcud olan Əməkdaşlıq üçün Birgə Komissiya müştərək iqtisadi prioritetlərin və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi istiqamətində davamlı dialoq platformasını təşkil edir.

Azərbaycan və Küveyt tərəfi iki dost ölkə arasında əlaqələrin uzunmüddətli inkişafını, qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, ticarət, investisiya, infrastruktur, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, səhiyyə, turizm, media və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün ortaq baxışların mövcudluğunu, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmasının və işlərin koordinasiyasının əhəmiyyətini vurğulayıblar.
 

Komissiya əlavə tədbirlərin görülməsi vasitəsilə ticarət dövriyəsinin artırılması, iqtisadi əməkdaşlığın inkişafına nail olmaq, müştərək sənaye və texnologiya təşəbbüslərinə dəstək vermək, Azərbaycan və Küveyt arasında ticarət mübadiləsinin asanlaşdırılması üçün logistik xidmətləri təkmilləşdirmək barədə razılığa gəlib.


Komissiya həmçinin enerji sferasında, o cümlədən neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, iqtisadi resursların uzunmüddətli diversifikasiyasına dəstək verən təmiz enerji layihələri üzrə birgə təşəbbüslərin müəyyən edilməsinin əhəmiyyətini qeyd ediblər.

Küveyt tərəfi Azərbaycan tərəfini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyinə görə təbrik edib, bütün dünyadan geniştərkibli nümayəndələrin iştirakı ilə Azərbaycanın belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin onun beynəlxalq səviyyədə xüsusi yerinin və qabaqcıl rolunun göstəricisi olduğunu vurğulayıb, habelə konfransın uğuru üçün əlverişli şəraitin yaradılması istiqamətində təşkilatçılıq tədbirlərini alqışlayıb.

Tərəflər çoxtərəfli tərəfdaşlıq müstəvisində müxtəlif beynəlxalq forumlarda əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər.

Azərbaycan-Körfəz əməkdaşlığı müstəvisində Azərbaycan Körfəz Əməkdaşlıq Şurasının cari sessiyasına sədrlik edən Küveytin səylərini yüksək qiymətləndirib. Tərəflər sözügedən məsələlər çərçivəsində əməkdaşlığı və 2024-2028-ci illər üzrə Körfəz Əməkdaşlıq Şurası - Azərbaycan birgə iş planını həyata keçirmək niyyəti ilə çıxış ediblər.
 

Regional və beynəlxalq müstəvidə diqqət tələb edən bir çox məsələlər nəzərdən keçirilib, beynəlxalq təhlükəsizlik və sülhə nail olmaq istiqamətində fəaliyyətə dəstək göstərməyin əhəmiyyəti, münaqişələrin BMT nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin vacibliyi vurğulanıb. Azərbaycan və Küveyt bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək ilə bağlı öhdəliklərinə sadiq olduqlarını bir daha diqqətə çatdırıblar.


Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb.

Bu hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025-2027-ci illər üzrə müddəti əhatə edir.

Tərəflər həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.

Yekunda tərəflər Birgə Komissiyanın dördüncü iclasının 2027-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

End of content

No more pages to load

RADİO