Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanlıların Soyqırımı Günü - 31mart ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bəyanat yayıb.

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib. 

Bəyanatda deyilir:

"Bir əsrdən artıq müddətdə azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bu siyasətin tərkib hissəsi olaraq türk və müsəlman olan azərbaycanlılara qarşı hələ XX əsrin əvvəlindən etibarən Azərbaycanda və indiki Ermənistan ərazisində sistematik şəkildə və xüsusi amansızlıqla soyqırımı cinayətləri törədilmişdir.
 

1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı aktları tariximizin ən qanlı səhifələrindən biri, o cümlədən etnik və dini nifrət zəminində kütləvi şəkildə törədilmiş qırğınlar olaraq yaddaşlarda həkk olunmuşdur.


Erməni millətçiləri tərəfindən aparılan anti-müsəlman, anti-Azərbaycan siyasəti kütləvi qırğınlar, kənd və şəhərlərin, tarixi, dini, mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, ailələrin tamamilə məhv olunması, azərbaycanlıların öz doğma torpaqlarından zorla qovulması ilə nəticələnmişdir.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar bu torpaqlarda azərbaycanlıların varlığını silmək məqsədini daşımışdır.

Belə ki, Mart hadisələri zamanı Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi ermənilər tərəfindən yandırılaraq tamamilə dağıdılmış, günahsız əhalisi amansızlıqla qətlə yetirilmişdir. Bu cinayət əməlinin qəddarlıqla, amansızcasına və vandallıqla törədilməsi izlərini özündə əks etdirən, Quba şəhərində sonradan tapılmış həmin dövrə aid saysız-hesabsız insan sümükləri bu qətliamların bilavasitə icraçıları olan ermənilərin günahsız insanları məhz azərbaycanlı olmaları səbəbindən nifrət zəminində məhv etdiklərini bariz şəkildə sübut edir.

Təsdiqlənmiş sənədlər və tarixi qeydlərin mövcudluğu bu vəhşiliklərin təkzibedilməz göstəricisidir.

Arxiv məlumatları, sağ qalanların şahid ifadələri, o cümlədən digər hüquqi sənədlər baş vermiş qətliamların miqyasını ətraflı izah edir, bu hadisələrin ayrı-ayrılıqda deyil, etnik təmizləməyə yönəldiyini və planlı şəkildə törədildiyini təsdiq edir. Bu sənədlərin təhlili törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir.
Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməmişdir.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olunmaqla, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı.
 

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətin verilməsi, beynəlxalq səviyyədə tanınması və soyqırımı qurbanlarının xatirəsinin geniş şəkildə anılması bəşəriyyət əleyhinə törədilmiş bu kimi cinayətlərin bir daha təkrarlanmaması və qarşısının alınması baxımından olduqca vacibdir. 


Beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməli, 1918-ci ildə törədilmiş cinayət əməllərini soyqırımı kimi tanımalı, tarixi və hüquqi ədalətin bərpa olunmasına ciddi səylər göstərməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

End of content

No more pages to load

RADİO