XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, bəyanatda bildirilib ki, bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edilir:

"Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgəri tərəfindən planlı şəkildə “əksinqilabçılarla mübarizə” adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

On minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur". 
 

XİN-in bəyanatında qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub:


"Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla baş verənlərə siyasi qiymət verilib.

XX əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib".
 

Nazirliyin bəyanatında deyilib ki, hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir:


"Bu baxımdan, Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

End of content

No more pages to load

RADİO