Rza Talibidən böyük savaş XƏBƏRDARLIĞI – “İrana qarşı əməliyyatlar başlaya BİLƏR” – ÖZƏL

“ABŞ müəyyən şərtlər daxilində İranla müharibəyə başlamağı nəzərdən keçirə bilər. Biz onların nüvə silahı istehsal etməyə başlamalarına icazə verə bilmərik. Bu, baş verməməlidir.”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

Maraqlı məqam bundan ibarətdir ki, Corc Buş dönəmində bu günə qədər ABŞ-İran münasibətlərində müharibə ifadəsi hər zaman işlənsə də, iki ölkə qarasında tarix boyu heç bir savaş olmayıb.

Bəs bu ifadə niyə hər zaman aktuallığını qoruyur?

Mövzunu Bizim.Media-ya Cənubi azərbaycanlı politoloq Rza Talibi şərh edib.

Talibi bildirib ki, İranla ABŞ-ın hətta müəyyən sahələrdə əməkdaşlıqları da olub:

“Məsələn, İraq və Əfqanıstan məsələlərində bəzi əməkdaşlıqlar mövcud idi. Onların müharibələri birbaşa qarşı-qarşıya gəlmədən davam edib. Lakin iqtisadi müharibə, kəşfiyyat müharibəsi və proksi müharibələr mövcuddur. Bu vasitələrlə bir-biriləri ilə mübarizə aparırlar. Bəzən bəzi dəlilsiz iddialar ortaya atılır ki, guya İran və İsrail bir-biri ilə koordinasiya içərisində hərəkət edirlər və münaqişələri süni şəkildə idarə olunur. Lakin bu qədər maliyyə itkisinin, bu qədər əzab və dağıntının əbəs olduğunu düşünmək çətindir.

Əlbəttə, birbaşa müharibəyə girmək istəmirlər. Bir dövr, İranın müharibə ritorikasını gücləndirməsi nəticəsində Ərəb ölkələrinə silah satışı artdı və bu ölkələr İsraillə müəyyən razılaşmalar əldə etdilər. Bu, İranın planlaşdırdığı bir proses deyildi, əksinə, ona qarşı bir strategiya idi. Necə ki, İraq və Əfqanıstan məsələlərində də müəyyən oyun qaydaları müəyyənləşdirildi.

Amma bu proseslərin hamısı müvəqqəti idi...
 

Hazırda görünən odur ki, problemlər həll edildikcə İranın proksi qüvvələri də zəifləyir. Bu prosesin tərkib hissəsi kimi, məsələn, İranın "Məqfarlı" hadisəsi mövcuddur. İran-İraq müharibəsində "Havq" raketlərinin İran ərazisinə gətirilməsi və hətta İsrail vasitəsilə silah tədarükünün ABŞ-ın icazəsi ilə həyata keçirilməsi məsələsi də bu çərçivədə baş verib.


O dövrdə Məqfarlı və Reyqanın İran rejiminə göndərdiyi silahlarla bağlı qərarları da bunun bir hissəsi idi. Bu məsələlər göstərir ki, burada müəyyən bir tarazlığı qorumaq cəhdi var.

Çin faktoru

Lakin hazırda ortada qorunacaq bir tarazlıq qalmayıb və bütün oyunun parçaları yerinə oturub. İran da anlayır ki, artıq ona əvvəlki kimi ehtiyac duyulmur və ya Yaxın Şərq öz strateji əhəmiyyətini itirir. Daha vacib olan məsələ Çin faktorudur, çünki Çinin bölgədəki nüfuzu açıq-aşkar görünür. Düşünürəm ki, İran məsələsi və Əfqanıstan məsələsi, əslində, İranın yaratdığı təhlükədən daha çox Çinin təsir dairəsi ilə bağlıdır.

Təbii ki, bölgədə yerli maraqlar da var və burada bir anlaşma əldə olunsa belə, əsas məqsəd İran rejiminin tamamilə geri çəkilməsidir. Çünki ABŞ və Qərb üçün İranda insan haqları və digər məsələlər o qədər də önəmli deyil. Onların əsas maraqları İsrailin təhlükəsizliyi və Çin faktorudur.
 

Bu tarazlıqla yanaşı, məsələyə Rusiyanın da təsiri var. Əgər Tramp bu tarazlığı qoruya bilməsə, İranla müharibə ehtimalı meydana çıxa bilər.


Lakin İran da anlayır ki, bu müharibə əvvəlkilər kimi olmayacaq, çünki onun uzanması heç kimin marağında deyil və İran tamamilə məhv ola bilər. Bununla belə, İran kiçik bir dövlət deyil və bəzi iddiaların əksinə olaraq, tamamilə zəif də deyil.

Müharibə başlaya bilər.

Hər halda, Trampın qələbəsi ilə bu ehtimal artır. İran İslam Respublikası bunu əvvəlcədən nəzərə alıb, yəni demokratların hakimiyyətdə qalmasını istəyirdilər, lakin Trampın böyük ehtimalla seçkilərdə qalib gələcəyini də bilirdilər. Buna görə də İran prezident seçkilərini bu ssenariyə uyğun koordinasiya etdi və hazırlıqlarını buna görə apardılar. Hətta əvvəlki prezident dövründə, yəni Rəisinin hakimiyyəti zamanı, İran çalışırdı ki, ən azından Bayden və demokratlarla diplomatik danışıqlar aparsın. Bu danışıqlar hər nə qədər rəsmi olmasa da, müəyyən görüşlər baş verirdi.

İndi isə İranın danışıqlarda əlində güclü bir kartı qalmayıb. Silah məsələsinə gəldikdə, proksi qruplar xeyli zəifləyib. Ərəb ölkələri isə Qəzza məsələsində fərqli bir strategiya yürüdür. Suriyanın nüfuzunun azalması ilə İranın təsiri də azalıb. İraqdakı vəziyyətə baxsaq, ABŞ orada güclü təsirə malikdir. İraqın İrandan qaz almamasına dair güzəştin ləğv edilməsi və Həşdi Şəbi məsələsi də göstərir ki, İran üçün vəziyyət çətinləşir. Bu proseslər İsrailin və Netanyahunun Tramp üzərindəki təsirinin nəticəsidir.

Lakin Tramp təkcə İran məsələsi ilə deyil, Ukrayna və Qəzza problemləri ilə də məşğuldur.

Bu məsələlər hər nə qədər İranla birbaşa əlaqəli görünməsə də, dolayısı ilə təsir göstərə bilər. Bu məsələlər bir-biri ilə əlaqəli görünür və məncə, çox ciddi təsir göstərir.

Əgər Tramp Ukrayna və Qəzza məsələlərində uğur qazanmasa – çünki o, qalib gəlmək niyyətindədir və orada hər hansı bir nailiyyət əldə etməzsə – o zaman barış adı altında yeni bir strategiya irəli sürməyə çalışacaq. Lakin bu "barış" əslində müharibənin nəticəsi olaraq ortaya çıxacaq və prosesin əvvəlində baş verənləri nəzərə almadan təqdim ediləcək. Düşünürəm ki, əgər İranla müharibə baş verərsə, bu, İsrailin əlini açıq qoyacaq. Necə ki, keçmiş Mossad rəhbəri Meyr Dağan da demişdi ki, İranla ara-sıra münaqişələr aparmaq əvəzinə, bir dəfəlik müharibə aparmaq lazımdır. Belə bir müharibənin arxasında isə genişmiqyaslı bir strategiya olmalıdır.

Nüvə silahı təhlükəsi
 

İsrailin son dövrlərdə İranla bağlı mövqeyi getdikcə sərtləşir və nüvə məsələsi bu prosesdə ön plana çıxır. İranın nüvə silahına yaxınlaşması ciddi təhlükə yaradır. Hazırda uranın zənginləşdirilməsi 60%-dən 90%-ə çatıb və 800 kiloqramdan çox zənginləşdirilmiş uran ehtiyatı mövcuddur. Bu isə olduqca təhlükəli bir səviyyədir.


Avropa "Triokası" (Böyük Britaniya, Fransa, Almaniya) və ABŞ-ın nüvə məsələləri ilə bağlı son konfransdakı bəyanatları göstərir ki, qarşıdakı aylarda Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında İran əleyhinə ciddi bəyanatlar səsləndiriləcək. Bu isə İranın vəziyyətini daha da çətinləşdirə bilər.

Bu baxımdan, 2231 saylı BMT Təhlükəsizlik Şurası qətnaməsinin müddətinin sona yaxınlaşması və İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı adlı nüvə anlaşmasının bu ilin oktyabr ayında bitməsi ilə birlikdə, İranın üzərindəki sanksiyaların qaldırılması gözlənilir. Lakin bundan əvvəl, "flashback" mexanizmi adlandırılan bir proses var və Avropa ölkələri bundan istifadə edərək İranın bütün sansiyalarını yenidən tətbiq edə bilər. Bu isə İran üçün ciddi bir problem yarada bilər.

İranın əsas hədəfi nədir?
 

Düşünürəm ki, hazırkı şəraitdə əsas hədəf zaman qazanmaqdır. İran danışıqlarla vaxt qazanmağa çalışır. Hərçənd bölgədə müharibə təhlükəsi hiss olunmaqdadır, amma tərəflərin açıq müharibəyə getmək niyyətində olduğu görünmür. Hazırda bu, daha çox qarşılıqlı təhdidlər səviyyəsində davam edir.


İran anlayır ki, əgər müharibəyə girərsə, tamamilə məhv ola bilər. Eyni zamanda, ABŞ da fərqindədir ki, indiki dövrdə İranla müharibə həm ölkə daxilində ciddi problemlərə səbəb ola bilər, həm də bölgədəki ölkələrə mənfi təsir göstərə bilər. Necə ki, Qətərin baş naziri də bu məsələyə toxunmuşdu. İran isə bu vəziyyətdən maksimum istifadə etməyə çalışır”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bölgələrdə yanğına səbəb olan 3 nəfər SAXLANILDI – FOTO

Bölgələrdə yanğına səbəb olan 3 nəfər SAXLANILDI – FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Üzərkən 2 metrlik köpəkbalığı ayağını dişlədi- Dəhşət anları belə görüntüləndi

Üzərkən 2 metrlik köpəkbalığı ayağını dişlədi- Dəhşət anları belə görüntüləndi

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Hörmüzdə ticarət gəmisi VURULDU – Ölən var

Hörmüzdə ticarət gəmisi VURULDU – Ölən var

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Səhər yeməyində bu sıyıqdan uzaq durun - Xəbərdarlıq

Səhər yeməyində bu sıyıqdan uzaq durun - Xəbərdarlıq

Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO

Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

End of content

No more pages to load

RADİO