Azərbaycanın sülh formulu

Azərbaycan Prezidenti İlham Əliyevin son 2 həftə ərzində Qarabağ və Şərqi Zəngəzur bölgəsinə səfəri bir sıra mühüm mesajlarla yadda qaldı. Bu mesajlar hazırda Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin yekun versiyası ilə bağlı mövqeyimizin hansı kriteriyalara əsaslandığına tam aydınlıq gətirir.

30 il ərzində Azərbaycanın işğal edilmiş ərazilərində separatizmi stimullaşdıran, xalqımıza məxsus mədəni abidələrə qarşı vandal aktları törədən, təbiətimizə sağalmaz zərbələr vuran, təbii sərvətlərimizi talan edən işğalçı Ermənistanın bu gün sülh sazişinə dair tələblər irəli sürməsi absurddur.

Bakı qarşı tərəfin iddialarının əsassız olduğunu və belə bir davranışın yeni hərbi konfliktə gətirib çıxara biləcəyini ermənilərə yumşaq dillə başa salır, ancaq hayların beynəlxalq havadarları görünür, müharibənin yenidən alovlanmasına nail olmaq üçün Ermənistana hər cür basqını bundan sonra da davam etdirəcək.

AZƏRBAYCAN HAQLI TƏRƏFDİR

Müşahidələr onu göstərir ki, nə Ermənistan, nə də onun arxasında duran bəzi güclər Cənubi Qafqazdakı indiki status-kvonu dəyişə biləcək. Çünki, Bakı haqlı tərəf olduğunu bütün dünyaya sübut edib.
 

Üstəlik, qalib ölkə ola-ola Qarabağ ərazisində ermənilərə Azərbaycan qanunları çərçivəsində yaşamaq təklifini irəli sürüb və bununla bağlı hətta qaydalar da müəyyənləşdirib. Ancaq bu gün Bakıda mühakimə olunan separatçı liderlər vaxtilə İrəvandan və beynəlxalq güc mərkəzlərindən aldıqları tapşırıqlar əsasında bölgədə yaşayan erməniləri Ermənistana üz tutmağa təhrik etdilər.


Məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olmaq və prosesə “etnik təmizləmə” donu geydirmək idi. Qondarma Dağlıq Qarabağın ləğv edildiyi sənədini imzalayan Samvel Şahramanyanın sonradan bu sənədin hüquqi əsası olmadığını deməsi həmin təzyiqlərin bir elementi sayıla bilər. Qarabağda kök salmış separatçılar israrla Laçın dəhlizinin açılmasını tələb edir, dövlət içində dövlət qurmaq niyyətlərini ortaya qoyurdular.

O zaman separatçılıqla məşğul olanların cəzası nə olmalıdır? Beynəlxalq hüquq bu vəziyyətdə hansı addımların atılmasını vacib sayır? Təbii ki, separatizmi yox etməyi... Azərbaycan dövləti də məhz bunu etdi... Odur ki, bu gün yenə bölgədə separatçılığı qızışdırmağa çalışan beynəlxalq güclərin ölkəmizə qarşı irəli sürdükləri iddiaların heç bir hüquqi əsası yoxdur. 

HƏRBİ BALANS ÖLKƏMİZİN XEYRİNƏDİR

Prezidentin son mesajlarından o da aydın olur ki, 44 günlük müharibədə ağır məğlubiyyət Ermənistanın siyasi rəhbərliyi və onların Qarabağda qurduğu kriminal rejimin məsuliyyətinə yazılmalıdır.
 

Hazırda sərhəddə insidentlərin araşdırılması və silahlara birgə nəzarət mexanizmlərinin yaradılması üçün beynəlxalq güclərə müraciət edən, üstəlik, Bakını bu şərtlərə razı salmağa çalışan İrəvanın işğal illərində Azərbaycanın kompromis təkliflərini geri çevirdiyini hər kəs yaxşı xatırlayır.


Bəli, uzun illər havadarlarının dəstəyini arxalarında hiss edən və beynəlxalq qətnamələri kağız parçası kimi kənara atan, dırnaqarası “məğlubedilməz armada”larından ağız dolusu danışan, torpaqları geri qaytarmaq bir tərəfə dursun, hətta substantiv danışıqlar aparmaq üçün belə şərtlər irəli sürən Ermənistana elə bir zərbə vuruldu ki, hayların dünyadakı tərəfdaşları nə baş verdiyini bu qədər qısa müddətdə anlaya bilmədilər.

Həm 44 günlük müharibədə, həm də cəmi bir neçə saat çəkən antiterror əməliyyatlarında... Və nələr olduğunu dərk etməyən erməni lobbistləri sadəcə, bu məğlubiyyətin reallıqları ilə barışmaq məcburiyyətində qaldılar. Görünür, Azərbaycanın zəfər yürüşünü və Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları həzm edə bilməyən böyük güclər hər şeyi yenidən başlamaq üçün mövcud mürəkkəb vəziyyətdən istifadə etməyə çalışır.

ERMƏNİSTAN VƏ ONUN HAVADARLARINA SƏRT XƏBƏRDARLIQ

Beynəlxalq konyunkturun nə vaxtsa onun xeyrinə dəyişəcəyinə ümid bəsləyən, Fransa, Hindistan, Almaniya və digər ölkələrdən hərbi texnika alan, İsveçrə, Niderland kimi ölkələr, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların siyasi dəstəyini qazanan ermənilər sülh sazişi ətrafında spekulyasiyaların hansı nəticələrə gətirib çıxaracağını dərk etməlidir. Onlar isə hələ də siyasi möhtəkirliklə məşğul olurlar.
 

Məsələn, baş nazir Nikol Paşinyan sülh sazişini dərhal imzalamağa hazır olduğunu, Azərbaycandan cavabı səbirsizliklə gözlədiyini deyir. Üstəlik, “Qarabağ hərəkatı”nın dayandırıldığını, bu hərəkatın Ermənistana ziyan vurduğunu bildirir.


Ancaq xuntaçılar və keçmiş separatçılar hakimiyyətə qarşı çıxaraq Qarabağ mövzusunu Fransa, İsveçrə, Belçika, Niderland və digər ölkələrin parlamentlərində qaldırmaqla təzyiqlərini davam etdirməyə çalışırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə həm Braziliya televiziyasına, həm İran, həm də Qazaxıstanın xarici işlər nazirləri ilə görüşlərində iddia etdi ki, Azərbaycan sülh sazişini imzalamaq üçün ilkin şərtlər irəli sürür və bu şərtlər savamlı sülhü əngəlləyir.

Təbii, Mirzoyan ilkin şərtlər deyəndə, rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi, oradan Qarabağa dair müddəanın çıxarılması, eləcə də, ATƏT-in Minsk qrupunun ləğvini nəzərdə tutur. Halbuki, bu şərtlər son 2 il ərzində daim gündəlikdədir və Azərbaycanın təklif etdiyi yekun sülh sazişinin imzalanması üçün hüquqi baza rolunu oynayır. 
 

Görünür, İrəvan bu yolla 44 günlük müharibədən sonra imzaladığı təslim aktı ilə üzərinə götürdüyü digər tələblərdən, məsələn, kommunikasiyaların açılmasının optimal variantının tətbiqindən də imtina etməyə, silahlanmanı davam etdirməyə və revanş götürməyə çalışır.


Əlbəttə, hazırda Ermənistan nə siyasi, nə iqtisadi, nə də hərbi müstəvidə Azərbaycanla rəqabət aparmaq gücündə olmadığını anlayır, lakin hayların Qərb patronları Cənubi Qafqaza soxulmaq üçün regionda yeni müharibə ssenarilərini sınaqdan keçirməkdə israrlı görünürlər. Hətta tərəflər sülh sazişinin mətni üzərində işi başa vursalar belə.

PAŞİNYANIN “SÜLH TEZİSLƏRİ”NDƏ NƏ VAR?

Prezident İlham Əliyevin mart ayı ərzində verdiyi mesajlar Azərbaycanın sülh strategiyasının əsas elementlərini özündə biləşdirir. Erməni tərəfi bu tezislərə qarşılıq vermək istəsə də, uğursuzluqla üzləşir. Çünki, İrəvan üçün sülh sazişinin Bakı variantından qaçış yoxdur. Hərçənd, ermənilər konstitusiya dəyişikliyi və Minsk qrupunun ləğvi məsələsində bəzi pozitiv işarələrə əl atır.
 

Lakin Paşinyan konstitusiya dəyişikliyinin 2027-ci ilə nəzərdə tutulduğunu deməklə əslində, sülh sazişinin davamlı olacağını şübhə altına alır. Çünki, Ermənistanda yaxın 2-3 il ərzində daxili proseslərin necə gedəcəyini proqnozlaşdırmaq o qədər də asan deyil. Azərbaycanla yeni müharibəni təşviq edən revanşistlərin hələ də güclü olması konstitusiya dəyişikliyinin baş tutmayacağı ehtimallarını artırır.


Bu nöqteyi-nəzərdən, Prezident İlham Əliyevin məğlub ölkəyə ünvanladığı mesajlar doğru analiz edilməli, Azərbaycanın Ermənistana sülhün əsas formulu ilə manipulyasiya etmək imkanı tanımayacağı başa düşülməlidir. Əks halda, hay məmləkətinin növbəti ağır məğlubiyyətlə üzləşəcəyi qaçılmaz olacaq.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

End of content

No more pages to load

RADİO