Rusiyanın İran və Türkiyədə hərbi baza yarada biləcəyi ilə bağlı səslənən iddialar Kremlin Cənubi Qafqada da yeni hərbi bazalar yarada biləcəyi ehtimalını aktuallaşdırmaqdadır.xa0
Bununla bağlı Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu ehtimalı istisna etmədiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ı Qafqazdan sıxışdırıb çıxartmaq üçün Rusiyanın belə bir addım atmağa səy göstərməsi mümkündür:
“Rusiya Cənubi Qafqazda hərbi baza yaratmağa səy göstərə bilər. Bir zaman Qırğızısatanda bunu etdilər, ABŞ-ı oradan çıxartdılar. Rusiya Amerikanı Qafqazdan çıxartmaq üçün belə bir addıma səy göstərə bilər. Bu ehtimal istisna edilməməlidir. Hesab edirəm ki, bütün hallarda Azərbaycan öz maraqlarına uyğun şəkildə hərəkət etməlidir”.
Seymur ƏLİYEV