Rusiya ordusu səhər saatlarında Ukraynanın Dnepr şəhərinə ballistik raketlə zərbə endirib, nəticədə 4 nəfər ölüb, 21 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjaya məlumat yayıb.
Məlumata görə, yaralılar xəstəxanalara yerləşdirilib, onlara tibbi yardım göstərilir.



Bizim.Media