Venesuelada dağıntılar altından doqquz aylıq körpə və anası xilas edilib.
Bizim.Media xəbər verir ki, hadisə zəlzələdən dörd gün sonra baş verib.
Xilasetmə əməliyyatı ilə məşğul olan briqadalar ana və övladının yerini müəyyən etdikdən sonra onları çətinliklə də olsa, dağıntılar altından çıxara biliblər.
Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelada 7,2 və 7,5 bal gücündə zəlzələ baş verib.
Nəticədə paytaxt Karakas da daxil olmaqla, bir sıra şəhərlərdə böyük dağıntılar qeydə alınıb. Son məlumatlara görə 1500-ə yaxın şəxs həyatını itirib. Ölənlərin sayının artacağı gözlənilir.
Bizim.Media