Bakı-Şamaxı avtomobil yolunda təhlükəli yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, əks istiqamətdə hərəkət edən avtomobillərdən birinin təkəri yerindən çıxaraq bloqer Nigar Fərzəliyevaya məxsus "Range Rover" markalı maşına çırpılıb.
Bloqer həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Nəticədə avtomobilə ciddi maddi ziyan dəyib.
Qəza zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilməyib.
Bizim.Media