Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO

Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub.

Bizim.Media xəbər verir ki, xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub.

Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar.

Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq şəhər ətrafı ərazilərdə çoxlu sayda gölməçələr yaranıb, bu da qurbağalarıın çoxalma və inkişafı üçün əlverişli olub:
 

"Belə ki, aramsız yağan yağışlar nəticəsində gölməçələr qurumadığına görə qurbağaların qoyduğu kürülərin böyük əksəriyyəti inkişafını başa vura bilib. Son günlərdə çoxlu sayda müşahidə olunan qurbağalar Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoya bilir və əlverişli şərait yarandığından inkişaf edərək bala fərdlərə çevrilib.


Onların yağışdan sonra kütləvi şəkildə müşahidə olunmasının səbəbi gölməçələrdəki bala fərdlərin sel suları vasitəsilə ətrafa yayılmasıdır. Həm də naxışlı quru qurbağasının yetkin fərdləri əsasən quru ərazilərdə yaşamağa üstünlük verdiyi üçün bu mərhələdə onlara daha çox su hövzələrindən kənarda rast gəlmək olur.

Qeyd edim ki, bu qurbağaların belə kütləvi şəkildə görünməsi təbii haldır və heç bir təhlükəsi yoxdur. Çünki təbiətdə onların sayını tənzimləyən mexanizm mövcuddur".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Masallı və Astaranın bəzi kəndlərində qaz olmayacaq

DİQQƏT! Masallı və Astaranın bəzi kəndlərində qaz olmayacaq

Azərbaycanla daha bir ölkə arasında viza tələbi LƏĞV EDİLDİ

Azərbaycanla daha bir ölkə arasında viza tələbi LƏĞV EDİLDİ

Alla Puqaçovaya Tailandda 2 milyon dollarlıq TƏKLİF

Alla Puqaçovaya Tailandda 2 milyon dollarlıq TƏKLİF

İşə qəbulda namizədlərin sosial şəbəkə hesablarına da BAXILACAQ?

İşə qəbulda namizədlərin sosial şəbəkə hesablarına da BAXILACAQ?

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

Geomaqnit qasırğası olacaq – TARİX AÇIQLANDI

Geomaqnit qasırğası olacaq – TARİX AÇIQLANDI

Bakıda daha bir ərazidə söküntü başladı – Kompensasiya veriləcək

Bakıda daha bir ərazidə söküntü başladı – Kompensasiya veriləcək

Konservləşdirilmiş halda belə faydalıdır - Ürək sağlamlığı üçün ideal məhsul AÇIQLANDI

Konservləşdirilmiş halda belə faydalıdır - Ürək sağlamlığı üçün ideal məhsul AÇIQLANDI

Çimərlikdə 2 milyon illik KƏŞF: 11 yaşlı uşaq alimləri də təəccübləndirdi – FOTO

Çimərlikdə 2 milyon illik KƏŞF: 11 yaşlı uşaq alimləri də təəccübləndirdi – FOTO

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

Ukrayna millisinin sabiq üzvü "Neftçi"nin TRANSFER HƏDƏFİNDƏ

Ukrayna millisinin sabiq üzvü "Neftçi"nin TRANSFER HƏDƏFİNDƏ

Rusiya Dneprə ballistik raketlə zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Dneprə ballistik raketlə zərbə endirdi: Ölənlər var – FOTO

Türk Dünyası Həftəsində iştirak edən alimlərin SAYI AÇIQLANDI

Türk Dünyası Həftəsində iştirak edən alimlərin SAYI AÇIQLANDI

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO

Parisdə morq BÖHRANI – Meyitlər başqa şəhərlərə daşınır

Parisdə morq BÖHRANI – Meyitlər başqa şəhərlərə daşınır

Aclığı artıran qida qrupu - Gözümüz buna görə doymur

Aclığı artıran qida qrupu - Gözümüz buna görə doymur

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

DÇ-də şübhəli oyun – Video

DÇ-də şübhəli oyun – Video

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

İyunun son gününə olan HAVA PROQNOZU

İyunun son gününə olan HAVA PROQNOZU

End of content

No more pages to load

RADİO