Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynli: “Keçmiş qohumlar işimi hədəf alırdılar”

Xəbər verildiyi kimi yerli mətbuatda Yunanıstandakı Azərbaycan səfiri Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoyun səfirlikdə birinci katib olmuş Rəhman Şahhüseynlini döyüdüklərinə dair məlumatlar yayılmışdı. Qeyd edək ki, Rəhman Şahhüseynli 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib. Amma mediada səfirlikdə baş verən qalmaqala görə onun vəzifəsindən azad olunması iddia olunur.

Məsələyə aydınlıq gətirmək üçün Rəhman Şahhüseynli ilə əlaqə yaratdıq. O, Bizim.Media-ya açıqlamasında səfir Arif Məmmədovla aralarında ən kiçik belə mübahisənin baş vermədiyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Səfir tərəfindən döyüldüyünü iddia edən diplomatla bağlı QƏRAR VERİLDİ


“Daim qarşılıqlı hörmət və işgüzar münasibət içində dövlətimiz üçün birgə çalışmışıq. Yerdə qalanlar isə xırda, mənasız detallardır. Bilənlər bilir, bilməyənlər üçün qeyd edim ki, bütün məsələlərin kökündə balaca, dəcəl bala dayanır. Necə deyərlər, “dava, yorğan davasıdır”. Yoldaşımdan rəsmi ayrıldıqdan sonra, bu balaca “atamla yaşamaq istəyirəm” deyə gəlib qayıtmırdı. Hər dəfəsində bir təhər yola gətirib geri göndərirdim. Sonuncu dəfə 2021-ci ildə gəldi ki, “mən heç vaxt qayıtmayacam.” Gəlişinin bədəlini ata ödəməlı oldu. Oğulun dirəşib qayıtmaması ataya “inzibati xəta” hesab olundu. Buna görə işdən tənbeh aldım. İş həyatım boyu aldığım yeganə və ən şərəfli “töhmət” idi. O vaxtdan bəri illərdir ki, keçmiş qohumlar XİN-ə və digər qurumlara dayanmadan yazır, işimi hədəf alırdılar. Uşaqla bağlı məsələlərdən məsul olan bəzi şər qüvvələr və işdəki qısqanclar da keçmiş qohumlara qoşulub şər-böhtan və “danos yarışına” girincə, XİN-ə çağrıldım. İzahatımı yazdım və Rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağımı bildirdim. Rəhbərlik də öz növbəsində, dövlət qurumunun nüfuzuna yersiz xələl gəlməməsi üçün müvafiq qərarını verdi. Hörmətlə yanaşmaq lazımdır”.

Rəhman Şahhüseynli onu da qeyd edib ki, işinə xitam verildiyi vaxt, yəni ötən ilin sentyabrında məhkəmə qətnaməsi ilə uşaq onun himayəsinə verilib:

“Beləcə, daha böyük vəzifəyə layiq görülmüş oldum, atalıq vəzifəsi. Allah bütün balaları qorusun Hər şey balalara qurban!”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Xarici İşlər Nazirliyi də açıqlama verib. Qurumdan bildirilib ki, Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də, Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışıb:
 

“Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.


Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir. Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-də mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur”, - deyə XİN-in məlumatında qeyd edilib.

Məlumat üçün bildirək ki, Zəngəzur mahalında doğulmuş və 11 yaşına qədər oradakı tarixi torpaqlarımızda yaşamış Rəhman Şahhüseynli ali təhsilini Dövlət İdarəçilik Akademiyasında tamamlayıb. O, Azərbaycanın Yaponiyada ilk disapor təşkilatının — Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin təsisçisi və sədri olub. 2013-cü ildən başlayaraq 6 il ADA Universitetində Beynəlxalq Əlaqələr departamentinin direktoru vəzifəsində çalışdıqdan sonra, 2019-cu ildə 1-ci katib vəzifəsi ilə XİN-də diplomatik xidmətə başlayıb. 2023-cü ildə Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində 1-ci katib vəzifəsinə təyin olunub. Hazırda, elmi-pedoqoji fəaliyyətlə məşğuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO