Region üçün BÖYÜK TƏHLÜKƏ – ABŞ-ın Ermənistanda “II Metsamor” PLANI

ABŞ-Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi birmənalı olaraq bölgə üçün təhlükəlidir. Xüsusən də ABŞ-ın Ermənistan kimi təcavüzkar bir ölkədə nüvə reaktorları quraşdırmaq niyyəti regionu ciddi təhdid altında saxlaya bilər.

Qeyd edək ki, yanvarın 14-də Vaşintonda ABŞ-la Ermənistan arasında bağlanan strateji tərəfdaşlıq sazişində İrəvanın bu ölkə ilə nüvə enerjisi sahəsində əməkdaşlıq etmək niyyəti də öz əksini tapıb. Həmi vaxt Vaşintonda olan Ermənistan xarici işlər naziri A.Mirzoyan imzalanan sənədin nüvə energetikasının ən müasir beynəlxalq təhlükəsizlik standartlarına uyğun inkişafı üçün baza yaradacağını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nəşrinin şok xəbərdarlığı: “Ərazimiz radioaktiv bombalarla doldurulacaq”


O, tərəflərin “Saziş 123” kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə danışıqlara başladıqlarını deyib:

“Bu, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün çərçivə təmin edəcək və nüvə enerjisinin dinc yolla inkişafına, təhlükəsizlik və nüvə silahlarının yayılmaması ilə bağlı ən yüksək standartlara sadiqliyimizi vurğulayacaq”.

Qeyd edək ki, Ermənistanda 1976-cı ildə sovetlər birliyi tərəfindən tikilən Metsamor AES fəaliyyət göstərir. Lakin hazırda bu stansiya beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyindən region üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Başqa bir tərəfdən, Ermənistanın işğalçı ölkə olduğunu nəzərə alsaq, onun ABŞ-la nüvə enerjisi sahəsində əməkdaşlıqdan gələcəkdə öz çirkin məqsədləri naminə istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz.  

Ermənistan 47-ci olacaq

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, tərəflər arasında nüvə sahəsindəki bu əməkdaşlıq region üçün ciddi təhdid mənbəyidir:

“ABŞ-la Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyasının imzalanması ərəfəsində Ermənistan XİN rəhbəri ölkəsinin Vaşinqtonla atom enerjisi sahəsində əməkdaşlığını qurulacağının anonsunu verdi. Bunun üçün tərəflər arasında ayrıca bir razılaşmanın imzalanması tələb olunur. Bu da “123 saylı” razılaşma adlanır. ABŞ-ın dünyanın 46 ölkəsilə belə bir razılaşması mövcuddur.

Nüvə sahəsində tərəflər arasında olan bu əməkdaşlıq region üçün yaxşı heç nə vəd etmir. İrəvan mülki nüvə enerjisi sahəsində əməkdaşlıq edəcəyini bildirir. Amma gələcəkdə onun başqa təyinatlı nüvə enerjisi sahəsində əməkdaşlıq etməyəcəyinə heç bir təminat yoxdur. Ermənistandakı “Metsamor” atom elektrik stansiyası 1976-cı ildən fəaliyyət göstərir. 1988-ci il zəlzələsilə onun fəaliyyəti dayansa da, sonradan təhlükəsizlik tələblərinə cavab verməsə də, yenidən işə salındı”.

“Ermənistan kimi bir dövlətdə belə bir dağıdıcı obyektin olması narahatlıq doğurur”.

Ekspert qeyd edir ki, Vaşinqtonla İrəvan arasında nüvə enerjisi sahəsində əməkdaşlıq ABŞ-ın əsas geosiyasi rəqibinə qarşı mübarizənin bir vektorunu təşkil edərsə, bu təhlükəli xarakter kəsb edə bilər:

“Görünür bundan sonra ABŞ Ermənistanda nüvə energetika sahəsinin inkişafına dəstək olacaq və bu sahədə İrəvanın imkanları daha da genişlənəcək. Ermənistan kimi bir dövlətdə belə bir dağıdıcı obyektin olması isə narahatlıq doğurur. Çünki o gələcəkdə bundan təhlükəli məqsədlər üçün də istifadə edə bilər. Ermənistan sistemli şəkildə silahlandırılmaqdadır. Ona görə də İrəvan bunu dinc məqsədlər üçün etdiyini söyləyə bilməz. Çünki həmin silahlar hücum xarakterli təhlükəli silahlardır”.

Ermənistan yeni təxribatlara əl ata bilər

Həmsöhbətimiz deyir ki, belə bir məqamda ABŞ-la nüvə enerjisi sahəsində əməkdaşlığa başlamaq niyyətləri ümumi kontekstdə Ermənistan üçün əlavə təsir imkanları yaratmaq məqsədinə xidmət edir:

“Ermənistan ölkəmizə olan ərazi iddialarından geri çəkilməyib. Davranışlarından aydın görünür ki, İrəvan ilk fürsətdə Azərbaycana qarşı yenidən təxribatlara yol verə bilər. Belə bir ölkənin nüvə enerjisi sahəsində imkanlarının genişləndirilməsi prosesini ciddi nəzarətdə saxlamaq və ayrıca olaraq ABŞ-la məsələ ətrafında müzakirə aparmaq vacibdir. Çünki bir coğrafiyada yerləşən ölkələrdən birində nüvə enerjisi inkişaf etdirilirsə, bu təkcə həmin ölkənin daxili məsələsi deyil. Həmin regionda yerləşən bütün ölkələrə aid olan məsələdir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO