Azadlığa və zəfərə gedən yolun başlanğıcı: Tariximizin şərəfli 20 Yanvar səhifəsi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Xalqımızın milli kimliyinin təcəssümünə çevrilən Qanlı Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildi. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 

Bizim.Media “yenicag.az”a istinadən xəbər verir ki, 1980-ci illərdə SSRİ rəhbərliyinin himayədarlığı ilə erməni separatçıları tərəfindən başlanan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğın və qətliamlar, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan ərazisindəki dədə-baba yurdlarından soydaşlarımızın məcburi deportasiyası imperiyanın xalqımıza qarşı siyasətinin mərhələləri idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa keçmiş sovet rəhbərliyinin birbaşa baş katib Mixail Qorbaçovun əmri ilə SSRİ qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. 


Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Eyni zamanda həmin dövr tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi.

Məhz bu qanlı planın nəticəsi olaraq sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. 

20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdi.

Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 
 

1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirmişdir.


Bununla da, Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır.

Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib ölkədir. Eyni zamanda əbədi-əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması Azərbaycan xalqının milli şüurunda yeni mərhələnin başlanğıcı olmuşdur. 

Artıq hər bir azərbaycanlı qalib dövlətin, xalqın nümayəndəsi kimi bu qüruru yaşayır. Bu gün 20 Yanvar faciəsinin 35-ci ildönümünə dünya başqa bir Azərbaycanı tanıyır.

Bu günkü Azərbaycan Qarabağda insanlıq faciəsi yaşadanları məhkəmə qarşısına çıxaran, bilərəkdən və ya qeyri-peşəkarlıqdan təyyarəsinin vurulmasına görə Rusiyadan üzrxahlıq tələb edən, dünyanın bütün gücləri qarşısında milli maraqlarını qoruyan bir gücdədir. 

Xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı məhz 20 Yanvar gecəsi qoyuldu. Ötən müddət ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişib, misilsiz inkişaf yolu keçərək regionda və dünyada söz sahibinə çevrilib, müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Zamanın sürətli axarında dəyişməyən yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır. 

Tənzilə Rüstəmxanlı 

Azərbaycan Milli Məclisinin deputatı 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

İran BƏƏ-yə raket hücumu etdi

İran BƏƏ-yə raket hücumu etdi

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə BAĞLANIR

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə BAĞLANIR

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO