Rusiya və İran strateji tərəfdaşa ÇEVRİLİR – Cənubi Qafqazı NƏ GÖZLƏYİR?

Məlum olduğu ki, İran prezidenti Məsud Pezeşkian bu həftə Rusiyaya səfər edəcək. Səfər zamanı o, rusiyalı həmkarı Vladimir Putinlə görüşüb danışıqlar aparacaq.

Məlumatlara görə, görüşdə iki dövlət arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişin imzalanması nəzərdə tutulub. Yeni sənəd 2001-ci ildə imzalanan sazişi əvəz edəcək və Qərblə kəskin münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və İran arasında BRİCS çərçivəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq - VİDEO


İranın diplomatik mənbələrindən Rusiya KİV-ə verilən məlumata görə, səfər çərçivəsində prioritetlərdən biri Moskva ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq olacaq.

Ekspertlər iki ölkə arasında mühüm sazişin Qərbin Rusiyaya sanksiyalarının güclənməsi, eləcə də Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nın İrana qarşı qəti addımlar atacağının fonunda imzalanmasına xüsusi diqqət yetirirlər. Qeyd olunur ki, xarici təhlükə köhnə müttəfiqləri daha da yaxınlaşdırır.

Nəzərə alsaq ki, hər iki dövlətin Qafqaz və Yaxın Şərqdə də siyasəti bir sıra məqamlarda üst-üstə düşür, o zaman Pezeşkian-Putin görüşünün Bakı və Ankarada da diqqətlə izlənildiyinə dair fikirlərin tam təbii olduğunu söyləmək mümkündür.

Bəs, Rusiya və İranın bu yaxınlaşması, həmçinin imzalanması gözlənilən 47 bəndlik sazişin regiona hansı təsiri olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Zərdüşt Əlizadə Rusiya ilə İran arasında strateji əməkdaşlıq haqqında müqavilənin Azərbaycanın taleyinə hansısa ciddi təsir göstərəcəyinə inanmır:

“Çünki Azərbaycanla bağlı Rusiyanın da, İranın da yanaşmaları, baxışları fərqidir. Öz aralarında bağlanacaq müqavilədə ola bilsin, hansısa hərbi, iqtisadi və s. məsələlər həll edilsin. Amma bu müqavilə nə Rusiyanın, nə də İranın geostrateji siyasətini dəyişməyəcək. Ona görə də düşünürəm ki, Azərbaycan bu məsələyə tam soyuqqanlı yanaşmalıdır".

“Bölgə ilə bağlı məsələlər Azərbaycanla birgə həll edilə bilər”

Z.Əlizadə qeyd edib ki, sözügedən saziş İranın və Rusiyanın hazırkı vəziyyətdə hansısa strateji maralarını əks etdirsə də, onların geosiyasi kursuna təsir etməyəcək:

"Çünki əks halda, bu starteji müttəfiqlik onların hətta Azərbaycana yönəlik siyasətlərini uzlaşdırmağı tələb edərdi. Amma belə bir şey yoxdur. Yadınıza salmaq istəyirəm ki, ötən il İran Azərbaycan barəsində həddən artıq sərt danışanda, mərhum xarici işlər naziri Abdullahiyan Moskvaya dəvət edildi. Orada Lavrov açıq şəkildə dedi ki, özünüzü Azərbaycana münasibətdə loyal aparın.

Rusiya hesab edir ki, bölgə ilə bağlı mühüm məsələləri Azərbaycanla birgə həll edə bilir və bu məsələlərə İranın müdaxiləsi arzuedilməzdir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

End of content

No more pages to load

RADİO