Rəsmi Bakı Parisin Azərbaycanda Fransa vətəndaşının həbsi ilə bağlı bəyanatına CAVAB VERDİ

“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Teo Klerkə qarşı guya “ayrıseçkilik” edilərək onun barəsində məhkəmə tərəfindən “haqsız qərar verilməsi” barədə bəyanatı, bununla, özünü “hüquqi dövlət” adlandıran Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradlarının heç bir əsası yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda Fransa vətəndaşının həbsi ilə bağlı bəyanatına dair şərhində qeyd edilib.

Bildirilib ki, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı və digər şəxslərə qarşı verilən hökm məhkəmənin səlahiyyətindədir və bu qərarı sual altına almağa Fransa tərəfinin ixtiyarı yoxdur.

Fransa vətəndaşı Azərbaycan Cinayət Məcəlləsinin əmlakı qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Qeyd edək ki, bu kimi əməllərə görə Teo Klerk əvvəllər Fransada da cəzalandırılıb və ona qarşı cərimə tətbiq olunub.

Ümumilikdə, istintaqın və məhkəmənin gəldiyi qənaətə görə, Fransa vətəndaşı cinayətin törədilməsində xüsusi təşəbbüskarlığı və fəallığı ilə seçilib. Həmçinin məhkəmə istintaqı zamanı onun verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi də məlum olub.

Eyni əmələ görə əvvəllər müəyyən məbləğdə cərimə edilsə də, Azərbaycanda bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı onun məhkəməyə verdiyi qeyri-səmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmaması onun digər iki şəxs ilə müqayisədə cəzasının daha ağır olmasını şərtləndirən amillər kimi sadalamaq olar.

Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

End of content

No more pages to load

RADİO