Türk dünyasını birləşdirən LAYİHƏ – Ortaq əlifba ilə bağlı MARAQLI DETALLAR

Türk xalqlarını birləşdirən ortaq əlifbanın yaradılması bir müddətdir müzakirə olunurdu. Hələ 100 il bundan öncə Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayda ilk dəfə türk xalqlarının latın qrafikası əsasında olan ümumi əlifbanın istifadə olunmasına keçid məsələsi müzakirə olunub. Son illərdə də Türk dövlətləri başçıları, ziyalıları bu əlifbanın türk dünyası, türk xalqları üçün vacib olduğunu bildirirdilər.

Nəhayət dünən 34 hərfdən ibarət Ortaq Türk Əlifbası yaradılıb. Belə ki, Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası bu əlifbanın yaradılması ilə bağlı razılığa gəlib.

Sentyabrın 9-11-də Bakıda keçirilən Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclasında bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib. 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılıq əldə olunub.

Bəs bu ortaqlıq üçün sonrakı addım nə ola bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Türk dünyasının ortaq əlifbası QƏBUL EDİLDİ - FOTO


Mövzuyla bağlı Bizim.Media-ya danışan akademik Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib ki, bu əlifbanın yaradılmasının əsas məqsədi mükəmməlliyi ilə türk dövlətlərinə nümunə olmasıdır:

“Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə Türk Dünyası Ortaq Əlifba Komissiyası türk dünyası üçün ortaq, ümumi əlifba hazırladı. Əlifbanın hazırlanmasında, müzakirəsində müstəqil türk dövlətlərindən gələn mütəxəssislər, səlahiyyətli nümayəndələr, bu sahədə böyük təcrübələri olan tədqiqatçılar, alimlər idilər. Onlar öz mövqelərini, mülahizələrini dövlətlərinin mövqeləri ilə əlaqələndirirdilər, yəni burada subyektiv fikirlər söylənmirdi. 

Bu mülahizələr nəhayət ki, bizə 34 hərfdən ibarət ümumtürk əlifbasını verdi. Bu əlifbanın da əsas məqsədi odur ki, mükəmməl bir əlifba olsun, hələlik latın əlifbasına keçməyən türk xalqları da  bir nümunə görsünlər. Latın əlifbasına keçmək iddiası aktualdır və artıq türk xalqlarının böyük bir hissəsi latın əlifbasına keçib. Bu əlifbanın nə dərəcədə mükəmməl olacağı, bu və ya başqa bir türk xalqının dilinin fonetik normalarını əks etdirməsi də mühümdür”.

Akademik bildirib ki, əlifbanın yaradılması zamanı ən ciddi müzakirə qazaxlarla olub: 

“Ən ciddi müzakirələr qazax və qırğızlarla, xüsusilə, qazaxlarla getdi. Çünki onların əlifbasında uzun müddətdir ki, reformasiya olmayıb, bəzən çox uyğun, yaxın səslər müxtəlif işarələrlə əks olunur”.

O bildirib ki, ortaq türk əlifbası türk dövlətlərində dövlət başçıları və parlament səviyyəsində müzakirə olunacaq:

“Türk dünyası alimlərinin son müzakirələrdən sonrakı nəticələri Türk Dövlətləri Təşkilat katibliyə təqdim olunub. Bundan sonrakı proses başqa türk xalqlarında latın əlifbasına keçidi sürətləndirəcək. Bütün türk dillərində əlifbanın işarələrinin uyğunlaşdırılması, yəni eyni bir səsin eyni bir hərflə işarələnməsi, eyni bir fonemin eyni bir hərflə göstərilməsi bizim əsas məqsədimizdir. Hər bir hərfin ən müxtəlif türk dillərində necə, hansı durumda olduğu, ona nə qədər ehtiyac olunduğu müzakirə olundu. Yəni hər bir hərf üzərində ayrıca müzakirə getdi. 

İndi Türk Dövlətləri Təşkilatında bu məsələyə yüksək səviyyədə baxılacaq. 

Sonra müxtəlif türk dövlətlərinə tövsiyə olunacaq ki, bu ümumi, nümunəvi, ortaq əlifba bazasından hər bir türk xalqı özünəməxsus işarəni götürüb işlətsin. Başqa işarə təklif eləməsin, yalnız bu işarələr işlənsin. Burada sərbəstliyə, özfəaliyyətə yer olmasın. Məsələn, həmin ortaq əlifbada “ə” hərfi var. Bu, bir Azərbaycan dilində, bir də bu və ya digər dərəcədə qazax dilində işlənir. Başqa türk dillərində hələki yoxdur. Ona görə də bu ortaq türk əlifbasında var. 

Amma bu, o demək deyil ki, bütün türk xalqları bunu qəbul eləməlidir. Səs varsa, fonem olaraq mövcuddursa, götürülsün və oradan qəbul olunsun. Hansısa kənardan işarə gətirilməsin ki, türk xalqları bir-birinin yazısını oxuyanda çətinlik çəkməsin. Ortaq türk əlifbası türk dövlətlərinə göndəriləcək, dövlət başçıları, parlament səviyyəsində baxılacaq, hər hansı başqa təklif olarsa, bu təklif də türk dövlətlərinin mötəbər qurumu Türk Dövlətləri Təşkilatlarında bir daha müzakirə olunacaq”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

End of content

No more pages to load

RADİO