İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

Bizim.Media xəbər verir ki, İnger Anderson COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, ölkəmiz qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. O vurğuladı ki, Azərbaycanda keçiriləcək COP29 çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin həqiqətən də ölkəmizin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu deyən qonaq “Troyka” mexanizminin yaradılmasını çox vacib bir addım kimi dəyərləndirdi və bu müdrik qərara görə təbriklərini çatdırdı.

İnger Anderson əlavə etdi ki, dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. O dedi ki, buna görə də neft və qaz ixrac edən ölkələrin tənqid olunması cəhdləri ədalətli deyil və şəxsən bunu ədalətli hesab etmir. Qonaq vurğuladı ki, dünyada hər bir insanın bu cür enerji formasına ehtiyacı var.

Azərbaycanın yaşıl iqlim və yaşıl keçid nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayan İnger Anderson metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların önəmli olduğunu qeyd etdi.

Azərbaycanda milli səviyyədə ətraf mühit istiqamətində həyata keçirilən tədbirləri çox təqdir edərək buna görə təbriklərini çatdıran qonaq xüsusilə rəqəmsal əsaslı və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndirdi.

İnger Anderson ölkəmizə səfəri çərçivəsində ətraf mühit sahəsində fəaliyyət göstərən gənclər təşkilatı - IDEA-nın ətraf mühit könüllüləri və gəncləri ilə görüşdüyünü, Şirvan milli qoruğunda olduğunu məmnunluqla qeyd etdi.

Rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini bildirən qonaq 2026-cı il iyunun 5-də Dünya Ətraf Mühit Günü münasibətilə UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Gününün keçiriləcəyini və bunun da qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən biri olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlıq edən Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan, İnger Andersonun regionlarımıza səfər edərək oradakı ekomühitlə tanış olmasından və gənclərlə görüşündən məmnunluğunu bildirdi.

Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl enerjiyə keçid sahəsində planlarına toxunan dövlətimizin başçısı dedi ki, bu, siyasi iradəmizin olduğunu göstərir.

Prezident İlham Əliyev 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstəkləməsini ölkəmizə olan etimadın göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Qlobal Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritet istiqamətlərdən biri kimi müəyyən edib və “Troyka” çərçivəsində digər həmkarlarla bu məsələ ilə bağlı da yaxından işləyir.

Azərbaycanın özünün də iqlim dəyişikliyi problemlərindən əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, bir dövrdə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş verirdisə, son dövrlərdə yağıntının miqdarının artdığı müşahidə olunmaqdadır.

Söhbət zamanı tullantıların idarə olunması, Xəzər dənizinin ətraf mühit məsələləri, onun suyunun azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

End of content

No more pages to load

RADİO