Azərbaycanda Müstəqillik Günüdür

Bu gün - mayın 28-i Azərbaycanda Müstəqillik Günüdür.

Bizim.Media xəbər verir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.

Müstəqillik Günü artıq iki ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olub.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrilib.

Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

End of content

No more pages to load

RADİO