ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi - “907-ci düzəliş dayandırılıb”

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Bizim.Media xəbər verir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.

Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd etmiş, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür edib.

Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib.

Prezident İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzun müddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar.

Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. 

Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib. 

Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayir və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Həmədanda məhbus edam edildi

Həmədanda məhbus edam edildi

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Çempionlar Liqası: "Sabah"ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

End of content

No more pages to load

RADİO