Ukraynanın sabiq müdafiə naziri Mixaylo Fedorov onun guya hakimiyyətə ultimatum verməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə açıqlamasında bildirib.
"Mən heç bir ultimatum irəli sürməmişəm. Hökumətlə birlikdə vəzifəmdən ayrıldım. Bundan sonra etiraz aksiyaları başladı", – deyə Fedorov vurğulayıb.
Sabiq nazir qeyd edib ki, yalnız gələcək fəaliyyətlə bağlı öz baxışını ifadə edib:
"Mən özümü daha çox nəticə əldə etmək üçün sistemlər qurmağı bacaran idarəçi kimi görürəm", – deyə o əlavə edib.
Bizim.Media