Rusiyalı alimlər şişəleyhinə preparatın çatdırılması üçün yeni üsul hazırlayıblar. Bildirilir ki, eksperimentlər zamanı bu metod ənənəvi kimyaterapiya ilə müqayisədə 10 dəfə daha effektiv nəticə göstərib.
Bizim.Media xəbər verir ki, yeni texnologiya qan dövranında tam parçalanan xüsusi nanokonteynerlərdən istifadə prinsipinə əsaslanır.
Məlumata görə, bu üsul sayəsində dərman qan damarlarından çıxaraq hüceyrələrarası boşluğa (interstisiuma) keçir, daha sonra isə şiş toxumasının dərin qatlarına nüfuz edir.
Beləliklə, preparat nanodaşıyıcılardan ayrılaraq birbaşa xərçəng hüceyrələrinə çatdırılır ki, bu da müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Qeyd edək ki, bu nəticələr hələlik eksperimental mərhələdə əldə olunub və metodun klinik praktikada tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var.
Bizim.Media