Səudiyyə Ərəbistanı ABŞ ilə birlikdə İraqda İranın dəstəklədiyi silahlı qrupların obyektlərinə hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, zərbələr ABŞ hərbi qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarda iştirak etdiyi bildirilən İran yönümlü silahlı qrupların logistika və silah anbarlarını hədəf alıb.
Bəzi KİV-lərin, o cümlədən The New York Times-ın məlumatına görə, əməliyyat nəticəsində təxminən 20 nəfər, o cümlədən İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) zabitləri həlak olub. Lakin bu rəqəm və həlak olanların kimliyi ilə bağlı rəsmi təsdiq hələlik açıqlanmayıb.
Bizim.Media