ABŞ Zelenskini yarı yolda qoydu, Çin isə məqsədini bəlli etdi... – Ukraynanı NƏ GÖZLƏYİR? 

Ukrayna prezidenti Volodimir Zelenski daha bir xoş olmayan sürprizlə üzləşib. Belə ki, iyunun 15-16-da Bürgenstokda planlaşdırılan Ukrayna üzrə sülh konfransında aparıcı dövlətlərin liderlərinin iştirakı sual altına düşüb. Halbuki, Zelenski bu konfransa G7, G20 və BRICS ölkələrinin liderlərini dəvət etmişdi. 

Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti vardı.

Amma ötən həftə ABŞ prezidenti Co Bayden bu konfransa qatılmayacağını bəyan edib. Bu azmış kimi Ukrayna münaqişəsi ilə bağlı Braziliya və Çin alternativ sülh konfransının keçirilməsini təklif edib. 

Zelenski zərbəni gözləmədiyi yerdən aldı.

Ona görə də həm ABŞ Prezidenti Co Baydenin İsveçrədə Ukrayna sammitində iştirakdan imtina etməsi, həm də Braziliya və Çinin alternativ konfrans çağırmaq təşəbbüsü Zelenskiyə çox ağır zərbə olub. Nəzərə alaq ki, Zelenskinin Rusiyaya qarşı daha qlobal dəstək qazanmaq üçün keçirmək istədiyi sammitə bir aydan da az vaxt qalıb. Belə bir vaxtda yayılan bu iki xəbər Zelenski və onun komandasını əməlli-başlı çətinə salıb.

Nəzərə alaq ki, Braziliya və Çin Rusiya ilə Ukraynanını danışıqlar masasına oturtmaq üçün alternativ sülh konfransı keçirmək ideyasını açıqlamaq üçün ötən cümə masaya oturublar. Onlar belə hesab edirlər ki, Moskvasız keçirilən istənilən diplomatik forum sülh gətirməyəcək. 
Əslində, Braziliya və Çinin təşəbbüsü çox məntiqlidir. 

Əgər sülhdən danışılacaqsa, hökmən həmin tədbirdə hər iki tərəf iştirak etməlidir. Amma görünən odur ki, Ukrayna Prezidenti sülh yox, yeni müharibə planlarını açıqlamaq üçün dünyanın 120 ölkəsini bir araya gətirmək istəyir. Bununla da, Rusiyaya qarşı daha böyük koalisiya yaratmağı düşünür. Sonda isə təbii ki, Zelenski konfrans iştirakçılarından maliyyə yardımı istəməyi planlaşdırır. 

Məhz bu səbəbdən Braziliya, Çin və hətta ABŞ həmin konfransa qatılmaq istəmir. Yəqin ki, yaxın günlərdə bu siyahı daha da böyüyəcək.

Bu acı aqibəti görən və hadisələrin inkişafını öz xeyrinə dəyişmək istəyən Zelenski Xarkovdan dünya liderlərinə müraciət edib. O, burada ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpini “sülhü daha da yaxınlaşdırmaqla liderlik nümayiş etdirməyə" dəvət edib.

Zelenskinin sözlərinə görə, 80-dən çox dövlət Ukrayna sammitində iştirakını təsdiqləyib, lakin Bayden və Si Cinpin tədbirə hazırlaşmaq üçün qlobal səylərdən kənarda qalıblar.
"Xahiş edirəm, şəxsi rəhbərliyiniz və iştirakınızla sülh sammitini dəstəkləyin"- deyə Ukrayna lideri çağırış edib.

Sülh istəyən Zelenski niyə atəşkəs istəmir?

Nəzərə alaq ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazır olması barədə xəbər yayıldı. Bu  sensasiyalı məlumatı “Reuters” agentliyi yaymışdı. Rəsmi Moskva bu xəbəri təkzib etmədi. 

Amma Ukrayna Prezidentinin reaksiyası anındaca gəldi. Maraqlıdır ki, İsveçrədə sülh konfransı keçirmək istəyən Ukrayna Prezidenti Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiklərini açıqladı. Bunu da belə izah etdi ki, “Rusiya  öz mövqelərini gücləndirmək üçün bu variantdan istifadə edir”. 

Baxmayaraq ki, Zelenskinin bu fikirləri o qədər də razılıqla qarşılanmadı. Çünki ən pis sülh danışıqları və yaxud atəşkəs istənilən müharibədən yaxşıdır.

Ona görə də bu cür qeyri-ciddi çıxışları ilə Zelenski həm özünün, həm də ölkəsinin imicinə çox böyük zərbə vurur. 

Həqiqətən də, hansısa sülh konfransıdan danışılırsa, o zaman orada münaqişə tərəflərinin iştirakı vacibdir. Əks-təqdirdə istənilən təşəbbüs cavabsız qalacaq. Amma görünən odur ki, Zelenski sülh yox, müharibə istəyir. Bu müharibənin gedişini öz  xeyrinə dəyişmək üçün o daha çox maliyyə toplamağa çalışır. 

Dünya dövlətləri üçün Ukrayna müharibəsi əhəmiyyətini itirir

Ukrayna-Rusiya müharibəsinin başlamasından 27 aydan artıq vaxt keçir. Bu isə kifayət qədər uzun müddətdir. Əgər müharibənin ilk aylarında münaqişənin yan təsirləri vardısa, artıq əksər ölkələr Ukraynadakı müharibədən aldıqları ziyanı sığortalayıb. 

Hətta qonşu dövlətlər belə öz iqtisadi-siyasətlərini yeni reallıqlar üzərində qurub. Bundan əlavə, bu müharibədə Rusiyanın uduzacağına inanmayanların sayı getdikcə artır. Ona görə də əksər ölkələr Zelenskinin çağırışlarına laqeydlik göstərir. Çünki pandemiyadan sonra bütün dövlətlərin iqtisadiyyatında geriləmələr oldu. İndi də bütün dövlətlər həmin geriləmələri aradan qaldırmaqla məşğuldurlar. 

Bu səbəblərə görə, Zelenskinin iyunun 15-16-da İsveçrədə planlaşdırdığı sülh konfransı çoxları üçün qətiyyən maraqlı deyil.

Onun üçün də “sülh konfransı”nın baş tutacağı belə sual altına düşüb. Ola bilsin ki, bu konfrans baş tutsun. Amma konfransda çox az ölkələr iştirak edəcək. Ən əsası isə konfransa dövlətlər ikinci heyətlə qatılacaq. Beləcə, Zelenskinin pul yığmaq planı suya düşəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Niyə isti havalarda aclıq hissi az olur?

Niyə isti havalarda aclıq hissi az olur?

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

End of content

No more pages to load

RADİO