Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında görüş keçirilib - FOTO

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında görüş keçirilib - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

Bizim.Media xəbər verir ki, TBMM sədrini salamlayan Milli Məclisin sədri qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib.

O, bir neçə gün əvvəl Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdiyini xatırladaraq, qeyd edib ki, ölkə başçılarımızın dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir. Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı layiqincə həyata keçirilir.
Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindən danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkə başçımızın həmin mərasimdəki çıxışındakı “Bizim ailəmiz Türk dünyasıdır” fikri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan türk dövlətləri bir-birilə daha sıx münasibətlər qurmalıdır və bu sahədə parlamentlərin də üzərinə mühüm vəzifələr düşür. Sahibə Qafarova parlamentlərimizin həm ikitərəfli əsasda, həm də TÜRKPA çərçivəsində fəaliyyətin gücləndirilməsinin vacibliyindən danışıb.

Spiker Sahibə Qafarova ölkəmizdə keçirilmiş prezident seçkilərində TBMM-in müşahidə missiyasının ən böyük heyətlə təmsil olunmasına və AŞPA sədrinə ünvanladığı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bu qurumda təsdiqlənməməsinə etiraz edən məktuba görə türkiyəli həmkarına bir daha təşəkkürünü bildirib.

Görüşdə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından məmnunluq ifadə edilərək, bunun ölkələrimiz arasında qardaşlığın daha bir örnəyi olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin gələcək inkişafına öz töhfəsini verəcək.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən TBMM sədri Numan Kurtulmuş APA-ya sədrliyin Azərbaycana keçməsi və ölkəmizin bu qurumun sessiyasına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. O, TBMM-in Azərbaycanın təşkilata sədrliyini hərtərəfli şəkildə dəstəkləyəcəyini ifadə edib.

TBMM sədri fevralın 7-də Azərbaycanda keçirilmiş şəffaf və demokratik prezident seçkilərində Prezident İlham Əliyevin qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. O, bu seçkiləri TBMM üzvlərinin də müşahidəçi qismində izlədiklərini və seçkilərdə seçici fəallığının yüksək olduğunu xüsusi qeyd edib.

Söhbət zamanı TBMM sədri AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsindən təəssüfünü bildirib və bu qərarın qəbuledilməz olduğunu qeyd edib. O, bu qərarın AŞPA-nın öz mahiyyətinə də zidd olduğunu, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin qurumun da xeyrinə olduğunu söyləyib. TBMM sədri bu qərarı müəyyən lobbi qruplarının işinin nəticəsi kimi qiymətləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə Avropada son vaxtlar islamofob, türkəfob və azərbaycanofob qüvvələrin fəallaşdığını bildirirək, bunun onların Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən narahat olmalarından irəli gəldiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, başda Fransa olmaqla bəzi ölkələr Azərbaycan əleyhinə fəaliyyət göstərərək, erməni lobbisinin maraqlarına xidmət edir.

Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında görüş keçirilib - FOTO - foto 1
Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında görüş keçirilib - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

Qaradağda qonşularını öldürən ər-arvada AĞIR CƏZA VERİLDİ

Qaradağda qonşularını öldürən ər-arvada AĞIR CƏZA VERİLDİ

Putin: “Avropa özünə quyu qazır”

Putin: “Avropa özünə quyu qazır”

Sibiqa: “Heç bir ölkə Ukraynanın əvəzinə qərar verə bilməz”

Sibiqa: “Heç bir ölkə Ukraynanın əvəzinə qərar verə bilməz”

Sükan arxasında telefonla oynayanlara XƏBƏRDARLIQ – Kameralar da qeydə alacaq

Sükan arxasında telefonla oynayanlara XƏBƏRDARLIQ – Kameralar da qeydə alacaq

AMEA-nın alimləri Pezeşkianı azərbaycanlıların ana dilində təhsil almalarını təmin etməyə çağırıblar

AMEA-nın alimləri Pezeşkianı azərbaycanlıların ana dilində təhsil almalarını təmin etməyə çağırıblar

Rusiya Dövlət Dumasının varlı deputatları - ADLAR

Rusiya Dövlət Dumasının varlı deputatları - ADLAR

Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT

Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT

Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub

Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü – FOTO

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü – FOTO

Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI

Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır – STATİSTİKA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır – STATİSTİKA

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

End of content

No more pages to load

RADİO