Dünya
Bu gün 17:56

Ötən il Azərbaycanda sağlam ömrün orta uzunluğu 64,5 yaş təşkil edib.
Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, qadınlar üçün sağlam ömrün uzunluğu 66,7 yaş, kişilər üçün isə 62,8 yaş olub.
Son 14 il ərzində Azərbaycanda sağlam ömrün orta uzunluğu 64,3-66,9 yaş arasında dəyişib.
Qeyd olunan dövr ərzində sağlam ömrün orta uzunluğu ən yüksək göstəriciyə 2022-ci ildə çatıb. Həmin il bu göstərici 66,9 yaş təşkil edib.
Fəridə, Bizim.Media