Prezident XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ÜNVANLAYIB

Prezident XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ÜNVANLAYIB
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Zirvə Toplantısının iştirakçıları,

Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə ürəkdən salamlayıram.
Xoş ənənəyə çevrilmiş Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionumuzda və qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platformadır.

Sürətlə transformasiyaya məruz qalan müasir dünyada ənənəvi təhdidlərlə yanaşı bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir.

Bu baxımdan Zirvə Toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktuallıq kəsb edir.

Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir.

Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir.

Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir.
Bununla yanaşı, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiyada regional əməkdaşlığın irəlilədilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır.

Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətini vurğulamaq lazımdır. Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir.

Əminəm ki, xalqlarımızın qardaşlığı və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Eyni zamanda, Avrasiya İqtisadi Zirvə Toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır.

“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşmasında, qardaşlığımızın möhkəmləndirilməsində mühüm rolu olan görkəmli dövlət xadimi olub. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
İnanıram ki, bu iclas Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Zirvə Toplantısının işinə uğurlar diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

Qaradağda qonşularını öldürən ər-arvada AĞIR CƏZA VERİLDİ

Qaradağda qonşularını öldürən ər-arvada AĞIR CƏZA VERİLDİ

Putin: “Avropa özünə quyu qazır”

Putin: “Avropa özünə quyu qazır”

Sibiqa: “Heç bir ölkə Ukraynanın əvəzinə qərar verə bilməz”

Sibiqa: “Heç bir ölkə Ukraynanın əvəzinə qərar verə bilməz”

Sükan arxasında telefonla oynayanlara XƏBƏRDARLIQ – Kameralar da qeydə alacaq

Sükan arxasında telefonla oynayanlara XƏBƏRDARLIQ – Kameralar da qeydə alacaq

AMEA-nın alimləri Pezeşkianı azərbaycanlıların ana dilində təhsil almalarını təmin etməyə çağırıblar

AMEA-nın alimləri Pezeşkianı azərbaycanlıların ana dilində təhsil almalarını təmin etməyə çağırıblar

Rusiya Dövlət Dumasının varlı deputatları - ADLAR

Rusiya Dövlət Dumasının varlı deputatları - ADLAR

Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT

Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT

Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub

Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü – FOTO

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü – FOTO

Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI

Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır – STATİSTİKA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır – STATİSTİKA

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

End of content

No more pages to load

RADİO