Ermənilər Avropa Şurasında hüquqlarından məhrum oluna bilər – Azərbaycan iddia qaldırır

Hazırda işğaldan azad olunan torpaqlarda ermənilərin Azərbaycan ərazilərinə vurduqları ziyanı hesablamaq, onlara dair tədqiqatlar aparmaq bir az çətin məsələdir, məlumdur ki, ərazilər minalanıb. Bu kiçik ərazilər deyil, ona görə zaman alacaq”.

Bizim.Media-ya açıqlamasında bunu Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Ermənistanın işğal zamanı vurduğu ziyanın hesablanması məsələsi barədə danışarkən bildirib. 

Onun sözlərinə görə, tezliklə ermənilər tərəfindən törədilən dağıntılar qiymətləndirilməli və Azərbaycan buna görə, ödəniləcək kampensasiyasını tələb etməlidir.
 

“Bu barədə ictimai açıqlama verilmir. Bunun haqqında yəqin ki, sübutlarla Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcək.


Ancaq indiki vəziyyətdə bu dağıntılar qeydiyyata alınmalıdır. Bu işdə də gecikmək olmaz. Tezliklə, bu qiymətləndirmə  xarici mütəxəssislərin və beynəlxalq nümayəndələrin iştirakı ilə həyata keçirilməli, aktlara imza atılmalıdır. Çünki sabah bu məsələlər qalxanda erməni xisləti yenə öz fəaliyyətini yerinə yetirəcək. Onlar bizi haqlı olaraq, haqsız vəziyyətə salmağa çalışacaqlar. Bu məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Daha sonra bərpa işlərinə başlaya bilərik”.

Ə.Mustafayev proses barəsində də məlumat verib:
 

“Əvvəl ərazilərə dəymiş ziyan hesablanır, daha sonra qarşı tərəfdən könüllü olaraq, ödəniş tələb olunur. Əgər qarşı tərəf  ödənişdən imtina etsə, beynəlxalq məhkəmədə iddia qaldırılmalıdır.


Lakin iddia qaldırmaqda da yubanmaq olmaz. Çünki prosesin üzərindən bir müddət keçdikdən sonra məsələ hüquqi mahiyyətini itirir və məhkəmə tərəfindən qəbul olunmur. Ona görə qiymətləndirmədə də yubanmaq olmaz, bunun üçün minadan təmizlənən ərazilərdə artıq qiymətləndirmə başladılmalıdır”.

Sonda hüquqşünas ermənilərin kompensasiyanı ödəməkdən boyun qaçırdıqları təqdirdə qarşılacaqları qadağalardan da danışıb.

O, qeyd edib ki, məhkəmənin qərarını icra etməmək Ermənistanın imicinə böyük zərbə vura bilər. 
 

“Onlar beynəlxalq konvensiyalarda götürdükləri öhdəlikləri icra etməmək kimi addım da atacaqlar.


Bu hər yerdə yayılacaq, hesabatlara salınacaq, Avropa Şurasının saytında yerləşdiriləcək. Ermənistan bir tərəfdaş kimi nüfuzunu itirəcək. Bu da onun iqtisadi, siyasi əməkdaşlığına, ölkəyə yatırımların gətiriliməsində bir sıra əngəllər törədəcək. Bundan başqa Avropa Şurasında səs hüququ dayandırıla bilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hazırda güclü külək əsir - FAKTİKİ HAVA

Hazırda güclü külək əsir - FAKTİKİ HAVA

SEPAH: ABŞ bazasında üç F-35 qırıcısı məhv edilib

SEPAH: ABŞ bazasında üç F-35 qırıcısı məhv edilib

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq ARTIRILDI

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq ARTIRILDI

“İdrak”da güllələnən müəllim işdən çıxdı -Vakansiya AÇDILAR

“İdrak”da güllələnən müəllim işdən çıxdı -Vakansiya AÇDILAR

Mətanət oğlunun arzusunu reallaşdıracaq

Mətanət oğlunun arzusunu reallaşdıracaq

Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ

Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ

Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı

Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

“Türkiyə ilə dialoqun yeni formatı müəyyənləşdirilməlidir” - VİDEO

“Türkiyə ilə dialoqun yeni formatı müəyyənləşdirilməlidir” - VİDEO

Məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların SAYI

Məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların SAYI

Avropa İttifaqı Ukraynaya daha 8,3 milyard avro ayıracaq – ANCAQ ŞƏRTİ VAR

Avropa İttifaqı Ukraynaya daha 8,3 milyard avro ayıracaq – ANCAQ ŞƏRTİ VAR

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Paşinyan: “Kiçik ölkəyik, böyük dövlətlər arasındakı qarşıdurmaya qarışa bilmərik”

Paşinyan: “Kiçik ölkəyik, böyük dövlətlər arasındakı qarşıdurmaya qarışa bilmərik”

Əfsanəvi almaz nəhəngi De Beers 1 milyard dollara satılır

Əfsanəvi almaz nəhəngi De Beers 1 milyard dollara satılır

SEPAH: ABŞ bu gün cəzalandırılacaq

SEPAH: ABŞ bu gün cəzalandırılacaq

Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Dənizkənarı Milli Parkda dava salanlar HƏBS EDİLDİ

Dənizkənarı Milli Parkda dava salanlar HƏBS EDİLDİ

Xoşqədəm Hidayətqızı yazır: "Niyə uduzduq...?"

Xoşqədəm Hidayətqızı yazır: "Niyə uduzduq...?"

Tərcüməçilərin işi TƏHLÜKƏDƏ – Süni intellekt onları sıradan ÇIXARIR?

Tərcüməçilərin işi TƏHLÜKƏDƏ – Süni intellekt onları sıradan ÇIXARIR?

Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ

Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU oldu - FOTO

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU oldu - FOTO

Sumqayıtdakı yararsız dayanacaqla bağlı RƏSMİ CAVAB

Sumqayıtdakı yararsız dayanacaqla bağlı RƏSMİ CAVAB

İrana qarşı genişmiqyaslı hava əməliyyatı keçiriləcək? – Plan Trampa təqdim olunub

İrana qarşı genişmiqyaslı hava əməliyyatı keçiriləcək? – Plan Trampa təqdim olunub

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ - VİDEO

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ - VİDEO

End of content

No more pages to load

RADİO