ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Prezident Donald Trampa İrana qarşı genişmiqyaslı hava əməliyyatı planı təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı The Wall Street Journal yayıb.
Məlumata görə, plan 10–14 gün davam edəcək hava kampaniyasını nəzərdə tutur və əsas məqsəd İranın raket potensialının məhv edilməsidir.
Nəşrin yazdığına görə, təklif ABŞ administrasiyasının İranla bağlı mümkün hərbi addımları qiymətləndirdiyi bir vaxtda hazırlanıb. Lakin planın qəbul edilib-edilmədiyi və ya onun həyata keçirilməsi ilə bağlı yekun qərarın verilib-verilmədiyi barədə məlumat verilməyib.
Bizim.Media