Bu gün səhər saatlarında Odessa limani yaxınlığında "Albatros Corporation" şirkətinə məxsus "ATA -2" (IMO 9387669) ticarət gəmisi 3 dron hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycanlı Dənizçilərə Dəstək" İctimai Birliyinin rəhbəri İlham Nəsirov sosial şəbəkədə məlumat verib.
Zərbələr nəticəsində gəmiyə ciddi ziyan dəyib, lakin o, suyun üzərində qalıb. Hazırda heyət Rumıniyanın ərazi sularına doğru hərəkət edir.
Hücuma məruz gəminin heyətində 12 Azərbaycan və bir Türkiyə vətəndaşı olub. İlkin məlumata görə, heyət üzvlərindən heç biri xəsarət almayıb və hadisə nəticəsində insan itkisi olmayıb.

Bizim.Media