Dünyanın ən məşhur almaz şirkətlərindən biri olan De Beers cəmi 1 milyard dollara satıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilib ki, şirkətin alınması ilə keçmiş baş direktor Qaret Penninin rəhbərlik etdiyi Global Diamond Consortium maraqlanır.
Halbuki De Beers-in bazar dəyəri vaxtilə təxminən 18 milyard dollar qiymətləndirilirdi.
Ekspertlər şirkətin dəyərinin kəskin azalmasını Çində lüks mallara tələbatın zəifləməsi, laboratoriyada yetişdirilən almazların populyarlaşması və qlobal iqtisadi böhranla əlaqələndirirlər.
Bizim.Media