Avropa İttifaqı Ukraynaya ilin sonunadək ayrılması nəzərdə tutulan 8,3 milyard avroluq əlavə maliyyə dəstəyi üçün yeni şərtlər müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyanatda bildirilib.
Məlumata görə, Ukrayna vəsaiti əldə etmək üçün islahatlar üzrə “yol xəritəsi”ni həyata keçirməlidir.
Şərtlər arasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və hüququn aliliyi sahəsində islahatlar da yer alır.
Sənəddə qeyd olunur ki, əlavə 8,3 milyard avroluq maliyyələşdirmə 2026-cı il üçün nəzərdə tutulub.
Bizim.Media