Prezidentdən “Azəralüminium” SC ilə bağlı SƏRƏNCAM 

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamla ölkədə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalını genişləndirmək, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluq səviyyəsini artırmaq məqsədilə aşağıdakılar qərara alınıb:

Nazirlər Kabineti iki ay müddətində:

“Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi, 1 ünvanındakı 67.35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8.05 hektar olmaqla, ümumilikdə 75.4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Cəmiyyətin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışını təşkil etsin və əldə edilən vəsaitin Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər, işçilərin əməkhaqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yaranmış borcların, habelə Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin bu Sərəncam qüvvəyə mindiyi günədək olan digər borclarının (ödənişinə möhlət verilmiş borclar istisna olmaqla) ödənilməsinə yönəldilməsini təmin etməlidir;

Sərəncamda göstərilən borclar ödənildikdən sonra Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istifadəsindəki əmlakın satışından əldə olunmuş vəsaitin qalan hissəsini özəlləşdirmədən daxilolmalara aid edilməklə dövlət büdcəsinə köçürülməsini təmin etməlidir;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Cəmiyyətin ləğvi və yenidən təşkili ilə bağlı ümumi yığıncağın səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlər isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Cəmiyyətin restrukturizasiyasını və sağlamlaşdırılmasını (borcların silinməsi daxil olmaqla), habelə yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaqla alüminium sənayesini inkişaf etdirmək, alüminium istehsalını artırmaq, bu sahənin rəqabət qabiliyyətini və ixrac imkanlarını genişləndirmək üçün dövlət-özəl tərəfdaşlığı əsasında investisiyaların cəlb edilməsi üçün təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli və Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi ilə bağlı tədbirlər görməlidir.

Sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyətinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH: ABŞ bazasında üç F-35 qırıcısı məhv edilib

SEPAH: ABŞ bazasında üç F-35 qırıcısı məhv edilib

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq ARTIRILDI

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq ARTIRILDI

“İdrak”da güllələnən müəllim işdən çıxdı -Vakansiya AÇDILAR

“İdrak”da güllələnən müəllim işdən çıxdı -Vakansiya AÇDILAR

Mətanət oğlunun arzusunu reallaşdıracaq

Mətanət oğlunun arzusunu reallaşdıracaq

Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ

Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ

Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı

Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

“Türkiyə ilə dialoqun yeni formatı müəyyənləşdirilməlidir” - VİDEO

“Türkiyə ilə dialoqun yeni formatı müəyyənləşdirilməlidir” - VİDEO

Məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların SAYI

Məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların SAYI

Avropa İttifaqı Ukraynaya daha 8,3 milyard avro ayıracaq – ANCAQ ŞƏRTİ VAR

Avropa İttifaqı Ukraynaya daha 8,3 milyard avro ayıracaq – ANCAQ ŞƏRTİ VAR

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Paşinyan: “Kiçik ölkəyik, böyük dövlətlər arasındakı qarşıdurmaya qarışa bilmərik”

Paşinyan: “Kiçik ölkəyik, böyük dövlətlər arasındakı qarşıdurmaya qarışa bilmərik”

Əfsanəvi almaz nəhəngi De Beers 1 milyard dollara satılır

Əfsanəvi almaz nəhəngi De Beers 1 milyard dollara satılır

SEPAH: ABŞ bu gün cəzalandırılacaq

SEPAH: ABŞ bu gün cəzalandırılacaq

Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Dənizkənarı Milli Parkda dava salanlar HƏBS EDİLDİ

Dənizkənarı Milli Parkda dava salanlar HƏBS EDİLDİ

Xoşqədəm Hidayətqızı yazır: "Niyə uduzduq...?"

Xoşqədəm Hidayətqızı yazır: "Niyə uduzduq...?"

Tərcüməçilərin işi TƏHLÜKƏDƏ – Süni intellekt onları sıradan ÇIXARIR?

Tərcüməçilərin işi TƏHLÜKƏDƏ – Süni intellekt onları sıradan ÇIXARIR?

Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ

Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU oldu - FOTO

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU oldu - FOTO

Sumqayıtdakı yararsız dayanacaqla bağlı RƏSMİ CAVAB

Sumqayıtdakı yararsız dayanacaqla bağlı RƏSMİ CAVAB

İrana qarşı genişmiqyaslı hava əməliyyatı keçiriləcək? – Plan Trampa təqdim olunub

İrana qarşı genişmiqyaslı hava əməliyyatı keçiriləcək? – Plan Trampa təqdim olunub

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ - VİDEO

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

End of content

No more pages to load

RADİO