Ermənistan 2024-cü ildə də revanşizm xülyalarına davam edəcək? – DEPUTATLARIN ŞƏRHİ 

Ermənistan 2024-cü ildə də revanşizm xülyalarına davam edəcək? – DEPUTATLARIN ŞƏRHİ 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

44 günlük müharibənin bitməsindən 3 il vaxt keçməsinə rəğmən hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Bunun da günahı bütünlüklə Ermənistanın üzərinə düşür. Belə ki, İrəvan sözdə sülh bağlamağa hazır olduğunu desə də, işə gələndə ondan qaçmağa çalışır. 

Əksinə, Ermənistanın son hərəkətləri, silahlanmaya üstünlük verməsi, bölgəyə kənar qüvvələri cəlb etməyə çalışması onu deməyə əsas verir ki, İrəvan sülhə hazır deyil.

Azərbaycan isə dəfələrlə bəyan edib ki, sülh müqaviləsini imzalamaqda maraqlıdır və bunun üçün real addımlar da atıb. Çünki sülh müqaviləsinin imzalanması bölgəyə əmin-amanlıq gətirəcək. 

Başa çatmaqda olan 2023-cü ildə də sülhün imzalanacağına olan ümidlər həyata keçmədi. İlin başa çatmasına qalan bir həftə ərzində onun həyata keçəcəyi də gözlənilmir. Halbuki, bir çox ekspertlər 2023-cü ildə sülh müqaviləsinin imzalanacağı proqnozunu verirdilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın Ermənistana müdaxilə planının PƏRDƏARXASI – Selahattin Pardan ÖZƏL AÇIQLAMA 


Görəsən, 2024-cü ildə Azərbaycanla Ermənistan arasında nəhayət sülh müqaviləsi imzalanacaqmı?

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, gələn ildə də sülh müqaviləsi imzalanmayacaq:

“Ermənistanın özündə cəsarət tapıb bu addımı atacağına inanmıram. Onlar oyun oynayaraq, hamını, Qərbi, Rusiyanı da aldatmağa çalışır. Belə vəziyyətdə çətin ki, ermənilər bu oyunları bitirsinlər. Azərbaycan öz ərazisini azad və suverenliyini bərpa edib. Problem Ermənistanın problemidir. Çünki bu vəziyyətdə bir dövlət olaraq onların mövcudluğu ciddi suallar doğurur”. 

“Qərbin Ermənistana təsiri azalarsa...”

Deputat Elşad Mirbəşiroğlu isə qeyd edir ki, Ermənistana Qərbin təsiri azalarsa, 2024-cü ildə sülhün imzalanacağına ümid etmək olar:

“2023-cü ildə sülh müqaviləsinin imzalanacağını gözləmirdim. Çünki Ermənistanın davranışları belə bir gözlənti üçün əsas vermirdi. İrəvan Azərbaycanın yaratdığı vəziyyətlə barışmaq istəmir. Sülhə hazır olduğunu sözdə bəyan etsə də, hər zaman təxribatlarla məşğul olub. Yəni mahiyyət etibarı ilə Ermənistan işğalçı, təcavüzkar niyyətindən əl çəkməyib. 

Digər tərəfdən, İrəvan müstəqil deyil. Azərbaycanın iradəsilə münaqişə ocağının aradan qaldırılması ABŞ, Fransa üçün məqbul deyil. Regiona müdaxilə imkanlarının saxlanılması üçün onlara bölgədə münaqişə ocağının qalması sərf edir. 

Bu ilin sentyabrında Qarabağın tam azad edilməsilə ermənilərin bütün spekulyasiya alətləri artıq əllərindən çıxıb. Amma Şahramanyan separatçı rejimin buraxılması ilə bağlı verdiyi qərarı ləğv edib. Bu da onu göstərir ki, 2024-cü ildə də Ermənistan ərazisindən Azərbaycana qarşı təcavüzkarlıq davam edəcək. 
Lakin Azərbaycanın gücü və iradəsi İrəvanı sülhə daha da yaxınlaşdıracaq. İrəvan vasitəsilə Qərb Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsini geosiyasi mübarizənin predmetinə çevirməyə çalışır. Bu cəhdlər 2024-cü ildə də davam edəcək. Ermənistana Qərbin təsiri azalarsa, 2024-cü ildə sülhün imzalanacağına ümid etmək olar. Bu baş vermədikcə, məsələnin 2024-cü ildə də həll olunacağı ilə bağlı ümidverici fikir bildirmək çətindir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ermənistan Aİİ-dən çıxsa, qiymətlər artacaq, minlərlə müəssisə bağlanacaq – Çarukyan

Ermənistan Aİİ-dən çıxsa, qiymətlər artacaq, minlərlə müəssisə bağlanacaq – Çarukyan

Bakı metrosunda 289 nəfərin həyatına son qoyan faciədən 31 il ÖTÜR

Bakı metrosunda 289 nəfərin həyatına son qoyan faciədən 31 il ÖTÜR

65 illik infrastruktur yenilənir - 10 rayonun su təminatı yaxşılaşacaq – FOTO/VİDEO

65 illik infrastruktur yenilənir - 10 rayonun su təminatı yaxşılaşacaq – FOTO/VİDEO

İşəgötürənlərin əmək kitabçası tələbi qanunidir? – RƏSMİ AÇIQLAMA

İşəgötürənlərin əmək kitabçası tələbi qanunidir? – RƏSMİ AÇIQLAMA

Baş Prokurorludan məktəblinin ölümü ilə bağlı AÇIQLAMA

Baş Prokurorludan məktəblinin ölümü ilə bağlı AÇIQLAMA

Ramil İskəndərli: “Tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var”

Ramil İskəndərli: “Tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var”

Xaçmaz sakinlərinə ŞAD XƏBƏR - Bu park yenilənir – FOTO

Xaçmaz sakinlərinə ŞAD XƏBƏR - Bu park yenilənir – FOTO

Sabunçunun keçilməz küçəsi – VİDEO

Sabunçunun keçilməz küçəsi – VİDEO

Xuraman Əlizadəyə ağır itki - FOTO

Xuraman Əlizadəyə ağır itki - FOTO

Büdcə layihəsi bu tarixdə müzakirə olunacaq

Büdcə layihəsi bu tarixdə müzakirə olunacaq

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Sabah manatla bağlı KRİTİK QƏRAR veriləcək

Sabah manatla bağlı KRİTİK QƏRAR veriləcək

Bakıda yol hərəkəti qaydalarını pozan skuter sürücüləri təhlükə yaratdı – ANBAAN VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan skuter sürücüləri təhlükə yaratdı – ANBAAN VİDEO

Azərbaycanın dövlət borcu AZALIB

Azərbaycanın dövlət borcu AZALIB

Bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

Bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

“Azərbaycanda olmaq böyük sevincdir” - BMT Proqramının direktoru

“Azərbaycanda olmaq böyük sevincdir” - BMT Proqramının direktoru

Zelenski: “Rusiya ilə “iqtisadi nikah” uzunmüddətli perspektivdə ABŞ-a sərf etməyəcək”

Zelenski: “Rusiya ilə “iqtisadi nikah” uzunmüddətli perspektivdə ABŞ-a sərf etməyəcək”

Sabunçuda qazi saxlanıldı - SƏBƏB

Sabunçuda qazi saxlanıldı - SƏBƏB

Jurnalistlərinin Etik Davranış Qaydaları: Şəxsi həyatın toxunulmazlığı necə qorunmalıdır? – FOTO

Jurnalistlərinin Etik Davranış Qaydaları: Şəxsi həyatın toxunulmazlığı necə qorunmalıdır? – FOTO

Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək

Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək

İranda azərbaycanlı rejissor azadlıqdan MƏHRUM OLUNDU

İranda azərbaycanlı rejissor azadlıqdan MƏHRUM OLUNDU

Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”

Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”

"Sədərək Yusif"in səhhəti pisləşib? — Açıqlama

"Sədərək Yusif"in səhhəti pisləşib? — Açıqlama

Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO

Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO

End of content

No more pages to load

RADİO