Cəmiyyət
Bu gün 13:07

İranda Azərbaycan əsilli məşhur rejissor Cəfər Pənahi Tehran İnqilab Məhkəməsinin qərarı ilə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, hökm müdafiə tərəfinin iştirakı olmadan çıxarılıb.
Məhkəmə bunu rejissorun ölkədə olmaması ilə əsaslandırıb.
Lakin rejissorun vəkili Mustafa Nil deyib ki, Cəfər Pənahi "Oskar" mükafatlandırma mərasimindən dərhal sonra İrana qayıdıb və hazırda vətənindədir, ona görə hökmün qiyabi çıxarılması əsassızdır.
Bizim.Media