
Bakı metrosunda baş verən yanğın tarixdə ən dəhşətli metro faciələrindən biri olub və 289 nəfərin həyatına son qoyub.
Bizim.Media xəbər verir ki, düz 31 il əvvəl sərnişinlərlə dolu qatar “Ulduz” stansiyasından yola düşüb. Təxminən 200 metr irəlilədikdən sonra vaqonlardan birində yanğın başlayıb. Maşinist faciəvi qərar verərək qatarı dar tuneldə saxlayıb.
Ventilyasiya sistemi tüstünü sərnişinlərin təxliyə istiqamətinə doğru yayıb. Sərnişinlərin çoxu zəhərli tüstüdən, bir qismi isə dəhşətli basabas zamanı və yanan qatardan çıxmağa çalışarkən elektrik cərəyanının təsirindən həlak olub.
Faciənin səbəbi dartı mühərrikində yanğın baş verməsi və qatarın tuneldə saxlanılması göstərilib. Bu isə sərnişinlərin təxliyəsini çətinləşdirib.
Maşinist 15 il, dispetçer isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media