Cəmiyyət
Bu gün 13:34

Bakının Sabunçu rayonu, Əliyar Əliyev küçəsinin yararsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.
Görüntülərdən aydın olur ki, küçənin yol örtüyü ciddi şəkildə dağılıb. Yolun ayrı-ayrı hissələrində dərin çalalar, daşlı və nahamar sahələr yaranıb, bəzi yerlərdə isə su və palçıq yığılıb. Bu vəziyyət həm sürücülərin, həm də sərnişinlərin hərəkətini çətinləşdirir.
Mövcud vəziyyət xüsusilə gecə saatlarında hərəkəti daha da çətinləşdirir. İşıqlandırmanın məhdud olduğu şəraitdə yolun dağılan hissələrini və çalaları vaxtında görmək sürücülər üçün problemə çevrilə bilər. (Oxu.az)
Bizim.Media