
Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb.
Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib.Bu, 2026-cı il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 17,3%-nə bərabərdir.
Dövlət borcunun 7 milyard 666,2 milyon manatı və ya 32,1%-i xarici, 16 milyard 230,1 milyon manatı və ya 67,9%-i daxili borcun payına düşüb.
Hesabata əsasən, ilin əvvəlindən xarici dövlət borcu 304 milyon ABŞ dolları, daxili dövlət borcu isə 1 milyard 574,4 milyon manat azalıb.
Beləliklə, manat ifadəsində ümumi dövlət borcu ilin əvvəlindən təxminən 2 milyard 91,2 milyon manat və ya 8% azalıb.
Qeyd edək ki, dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin sonunda 20,1% təşkil edirdi. Hesabat dövründə bu göstərici 2,8 faiz bəndi azalıb.
Bizim.Media