Ramil İskəndərli: “Tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var”

Ramil İskəndərli: “Tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var”
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkələrin bir-birinin daxili işlərinə qarışmamaq beynəlxalq münasibətlərin fundamental prinsiplərindəndir. Bu prinsip yalnız zəif dövlətləri deyil, bütün dövlətləri qorumaq üçün mövcuddur. Heç bir ölkə öz siyasi, iqtisadi və ya ideoloji baxışlarını başqa bir dövlətə mütləq həqiqət kimi təqdim etmək, onun cəmiyyətinə hansı yolu seçməli olduğunu diktə etmək hüququna malik deyil”.

Bizim.Media xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Azərbaycan dünyəvi dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və müxtəlif mədəniyyətlərə hörmət prinsipinə əsaslanan özünəməxsus inkişaf yoluna malikdir: 

“Bu yolun mahiyyəti başqalarının təcrübəsini inkar etmək deyil, həmin təcrübədən ölkəmizin maraqlarına uyğun şəkildə faydalanmaqdır.

Beynəlxalq əməkdaşlıqla siyasi və ideoloji asılılığı bir-birindən fərqləndirmək lazımdır. Birincisi dövlətlərin inkişafına, qarşılıqlı etimada və ortaq problemlərin həllinə xidmət edir. İkincisi isə bir dövlətin digərinin qərarlarına təsir göstərmək və onun müstəqil seçim imkanlarını məhdudlaşdırmaq cəhdidir.

Azərbaycan heç kimin vassalı deyil. Azərbaycan öz tarixi, öz dövlətçilik ənənələri, öz milli maraqları və öz gələcək hədəfləri olan müstəqil dövlətdir. Ölkəmizin beynəlxalq nüfuzu da məhz bu müstəqilliyin, ardıcıl siyasətin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın üzərində qurulmalıdır.
 

Azərbaycanın xarici siyasətinin əsas nailiyyətlərindən biri məhz müxtəlif güc mərkəzləri ilə münasibətlər quraraq milli maraqlarını qorumağa çalışmasıdır. Bu gün ölkəmiz həm Şərq, həm Qərb, həm qonşu ölkələr, həm də Türk və İslam dünyası ilə əlaqələrini inkişaf etdirir. Bu siyasət Azərbaycanın beynəlxalq sistemdə özünəməxsus mövqeyini möhkəmləndirir.


Tənqid və dialoq beynəlxalq münasibətlərin normal elementləridir. Ancaq tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var. Dövlətlər arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır”.

Azərbaycanın suverenliyi, milli maraqları və müstəqil qərarvermə hüququ müzakirə predmeti deyil. İstənilən beynəlxalq tərəfdaş bu reallığı nəzərə almalıdır”.

QHT Forumunun İdarə Heyətinin sədri əlavə edib ki, müasir Azərbaycanın hansı mərhələlərdən keçdiyini qiymətləndirmək üçün ölkəmizin müstəqilliyinin ilk illərinə nəzər salmaq kifayətdir.

“1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi qeyri-sabitlik, iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü, ərazilərin işğalı və dövlət institutlarının zəifliyi ilə üzləşmişdi. Müstəqilliyin qorunması, ölkənin idarəolunan dövlət sisteminə çevrilməsi və beynəlxalq münasibətlərdə mövqeyinin möhkəmləndirilməsi həyati əhəmiyyət daşıyırdı.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, hüquqi və institusional əsasların formalaşdırılması, enerji strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığı üçün yeni imkanlar yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu strateji xəttin davam etdirilməsi ilə ölkənin iqtisadi və infrastruktur imkanları genişləndi, enerji və nəqliyyat layihələri beynəlxalq əhəmiyyət qazandı, Azərbaycanın inkişaf tarixində ən mühüm mərhələlərdən biri də ərazi bütövlüyünün və suverenliyin bərpası oldu. Uzun illər ərzində həllini gözləyən münaqişənin nəticələrinin aradan qaldırılması ölkənin təhlükəsizlik və dövlətçilik gündəliyində yeni mərhələ açdı.

Bu gün Azərbaycanı yalnız regional dövlət kimi xarakterizə etmək ölkəmizin artan beynəlxalq rolunu tam ifadə etmir. Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını müdafiə edən, müxtəlif tərəflərlə əməkdaşlıq quran və bir sıra qlobal məsələlərin müzakirəsinə ev sahibliyi edən dövlətdir.
 

Mən Azərbaycanın hazırkı mövqeyini regional imkanlarını aşan təsir gücünə malik, orta güc potensialını nümayiş etdirən dövlət kimi qiymətləndirirəm. Burada “orta güc” anlayışı supergüclərlə hərbi və iqtisadi baxımdan bərabərlik demək deyil. Bu anlayış dövlətin öz coğrafiyasından, iqtisadi resurslarından, diplomatik əlaqələrindən, beynəlxalq təşəbbüslərindən və strateji tərəfdaşlıqlarından istifadə etməklə beynəlxalq proseslərə təsir göstərmək qabiliyyətini ifadə edir.


COP29 kimi qlobal iqlim konfransının Bakıda keçirilməsi, Qoşulmama Hərəkatına sədrlik dövründə fəal diplomatik fəaliyyət, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq, eləcə də Mədəniyyətlərarası Dialoq Forumunun ardıcıl keçirilməsi Azərbaycanın beynəlxalq əlaqələr şəbəkəsini genişləndirib.

Prezident İlham Əliyev 27 oktyabr 2026-cı ildə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini və təşkilata sədrlik edəcəyini, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinin Bakıda keçiriləcəyini vurğulayıb. Prezident bu iki mühüm beynəlxalq tədbirin Azərbaycana göstərilən etimadın ifadəsi olduğunu bildirib.

Dövlət başçısının həmin çıxışında səsləndirdiyi fikirlərdən biri Azərbaycanın beynəlxalq mövqeyini aydın ifadə edir:

“Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı və hörmət edilən üzvü kimi təqdim etməyə həqiqətən nail olmuşuq.”

 

Bu faktların siyasi əhəmiyyəti böyükdür. İslam Əməkdaşlıq Təşkilatının sammiti müsəlman dünyası ilə münasibətlərdə Azərbaycanın rolunu, Avropa Siyasi Birliyinin sammiti isə Avropanın siyasi təhlükəsizlik və əməkdaşlıq gündəliyində ölkəmizin mövqeyini ön plana çıxaracaq.


Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Ortaq gələcək naminə dialoq” mövzusu hazırkı beynəlxalq vəziyyət baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin forumdakı çıxışında səsləndirdiyi “divarlar deyil, körpülər qurmaq” yanaşması bu baxımdan diqqətəlayiqdir.

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsindəki təşəbbüsləri ölkəmizin dünyəvi dövlətçilik ənənələrini, müxtəlif dini icmaların birgəyaşayış təcrübəsini və beynəlxalq əməkdaşlığa açıq mövqeyini təqdim etmək üçün mühüm imkan yaradır”, - Ramil İskəndərli vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır - FOTO

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır - FOTO

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi

İspaniyada dəhşətli qatar qəzası: 46 ölü, 150 yaralı var – FOTO/VİDEO

İspaniyada dəhşətli qatar qəzası: 46 ölü, 150 yaralı var – FOTO/VİDEO

Mirzoyan: “Ermənistanın KTMT-də tamhüquqlu fəaliyyətə qayıtmaq niyyəti yoxdur”

Mirzoyan: “Ermənistanın KTMT-də tamhüquqlu fəaliyyətə qayıtmaq niyyəti yoxdur”

Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ

Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ

Azərbaycanda dini liderlərin zirvə görüşü keçiriləcək

Azərbaycanda dini liderlərin zirvə görüşü keçiriləcək

Gələn il üçün yaşayış minimumunun MƏBLƏĞİ

Gələn il üçün yaşayış minimumunun MƏBLƏĞİ

İrandan Azərbaycana 97 kiloqram marixuananın keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana 97 kiloqram marixuananın keçirilməsinin qarşısı alındı - FOTO

Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi

Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi

Sabahın HAVASI: Yağış, dolu, qar... – PROQNOZ

Sabahın HAVASI: Yağış, dolu, qar... – PROQNOZ

Kişi görüşdüyü qadını və onun 15 yaşlı qızını güllələdi

Kişi görüşdüyü qadını və onun 15 yaşlı qızını güllələdi

Ermənistan Aİİ-dən çıxsa, qiymətlər artacaq, minlərlə müəssisə bağlanacaq – Çarukyan

Ermənistan Aİİ-dən çıxsa, qiymətlər artacaq, minlərlə müəssisə bağlanacaq – Çarukyan

Bakı metrosunda 289 nəfərin həyatına son qoyan faciədən 31 il ÖTÜR

Bakı metrosunda 289 nəfərin həyatına son qoyan faciədən 31 il ÖTÜR

65 illik infrastruktur yenilənir - 10 rayonun su təminatı yaxşılaşacaq – FOTO/VİDEO

65 illik infrastruktur yenilənir - 10 rayonun su təminatı yaxşılaşacaq – FOTO/VİDEO

İşəgötürənlərin əmək kitabçası tələbi qanunidir? – RƏSMİ AÇIQLAMA

İşəgötürənlərin əmək kitabçası tələbi qanunidir? – RƏSMİ AÇIQLAMA

Baş Prokurorludan məktəblinin ölümü ilə bağlı AÇIQLAMA

Baş Prokurorludan məktəblinin ölümü ilə bağlı AÇIQLAMA

Ramil İskəndərli: “Tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var”

Ramil İskəndərli: “Tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var”

Xaçmaz sakinlərinə ŞAD XƏBƏR - Bu park yenilənir – FOTO

Xaçmaz sakinlərinə ŞAD XƏBƏR - Bu park yenilənir – FOTO

Sabunçunun keçilməz küçəsi – VİDEO

Sabunçunun keçilməz küçəsi – VİDEO

Xuraman Əlizadəyə ağır itki - FOTO

Xuraman Əlizadəyə ağır itki - FOTO

Büdcə layihəsi bu tarixdə müzakirə olunacaq

Büdcə layihəsi bu tarixdə müzakirə olunacaq

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Sabah manatla bağlı KRİTİK QƏRAR veriləcək

Sabah manatla bağlı KRİTİK QƏRAR veriləcək

End of content

No more pages to load

RADİO