İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO

İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır.

XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb.

İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub.

Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.
“İmarət” Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib.

Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir.

Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.

Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib.

Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.
Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.
 


İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 1
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 2
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 3
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 4
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 5
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 6
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 7
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 8
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 9
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 10
İlham Əliyev Ağdamda “İmarət” Kompleksində - FOTO/VİDEO - foto 11

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ermənistan Aİİ-dən çıxsa, qiymətlər artacaq, minlərlə müəssisə bağlanacaq – Çarukyan

Ermənistan Aİİ-dən çıxsa, qiymətlər artacaq, minlərlə müəssisə bağlanacaq – Çarukyan

Bakı metrosunda 289 nəfərin həyatına son qoyan faciədən 31 il ÖTÜR

Bakı metrosunda 289 nəfərin həyatına son qoyan faciədən 31 il ÖTÜR

65 illik infrastruktur yenilənir - 10 rayonun su təminatı yaxşılaşacaq – FOTO/VİDEO

65 illik infrastruktur yenilənir - 10 rayonun su təminatı yaxşılaşacaq – FOTO/VİDEO

İşəgötürənlərin əmək kitabçası tələbi qanunidir? – RƏSMİ AÇIQLAMA

İşəgötürənlərin əmək kitabçası tələbi qanunidir? – RƏSMİ AÇIQLAMA

Baş Prokurorludan məktəblinin ölümü ilə bağlı AÇIQLAMA

Baş Prokurorludan məktəblinin ölümü ilə bağlı AÇIQLAMA

Ramil İskəndərli: “Tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var”

Ramil İskəndərli: “Tənqidlə təzyiq, əməkdaşlıqla müdaxilə, fikir mübadiləsi ilə diktə arasında ciddi fərq var”

Xaçmaz sakinlərinə ŞAD XƏBƏR - Bu park yenilənir – FOTO

Xaçmaz sakinlərinə ŞAD XƏBƏR - Bu park yenilənir – FOTO

Sabunçunun keçilməz küçəsi – VİDEO

Sabunçunun keçilməz küçəsi – VİDEO

Xuraman Əlizadəyə ağır itki - FOTO

Xuraman Əlizadəyə ağır itki - FOTO

Büdcə layihəsi bu tarixdə müzakirə olunacaq

Büdcə layihəsi bu tarixdə müzakirə olunacaq

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Sabah manatla bağlı KRİTİK QƏRAR veriləcək

Sabah manatla bağlı KRİTİK QƏRAR veriləcək

Bakıda yol hərəkəti qaydalarını pozan skuter sürücüləri təhlükə yaratdı – ANBAAN VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan skuter sürücüləri təhlükə yaratdı – ANBAAN VİDEO

Azərbaycanın dövlət borcu AZALIB

Azərbaycanın dövlət borcu AZALIB

Bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

Bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

“Azərbaycanda olmaq böyük sevincdir” - BMT Proqramının direktoru

“Azərbaycanda olmaq böyük sevincdir” - BMT Proqramının direktoru

Zelenski: “Rusiya ilə “iqtisadi nikah” uzunmüddətli perspektivdə ABŞ-a sərf etməyəcək”

Zelenski: “Rusiya ilə “iqtisadi nikah” uzunmüddətli perspektivdə ABŞ-a sərf etməyəcək”

Sabunçuda qazi saxlanıldı - SƏBƏB

Sabunçuda qazi saxlanıldı - SƏBƏB

Jurnalistlərinin Etik Davranış Qaydaları: Şəxsi həyatın toxunulmazlığı necə qorunmalıdır? – FOTO

Jurnalistlərinin Etik Davranış Qaydaları: Şəxsi həyatın toxunulmazlığı necə qorunmalıdır? – FOTO

Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək

Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək

İranda azərbaycanlı rejissor azadlıqdan MƏHRUM OLUNDU

İranda azərbaycanlı rejissor azadlıqdan MƏHRUM OLUNDU

Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”

Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”

"Sədərək Yusif"in səhhəti pisləşib? — Açıqlama

"Sədərək Yusif"in səhhəti pisləşib? — Açıqlama

Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO

Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO

End of content

No more pages to load

RADİO