XİN başçısı: “Antiterror tədbirlərinin səbəbi rəsmi İrəvanın saymazlığı olub”

“Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq antiterror tədbirləri nəticəsində Ermənistanın revanş üçün vaxt qazanmağa çalışdığı aydın oldu. Azərbaycan ərazilərindən Ermənistanın və onun tabeliyindəki qanunsuz rejimin dinc yolla çıxarılmasının mümkün olmamasının səbəbi rəsmi İrəvanın saymazlığı, həmçinin, beynəlxalq vasitəçilərin tərəflərə selektiv yanaşması olub”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov: “Ermənistanın qarayaxma kampaniyası sülhə xidmət etmir”


C. Bayramov bildirib ki, bu il Azərbaycanın öz əraziləri üzərində suverenliyi tam bərpa edib:

“Bizim 24 saatlıq lokal antiterror tədbirlərimiz nəticəsində Ermənistan və onun tabeliyindəki qanunsuz marionet struktur tərksilah edilib, özünü buraxıb və Azərbaycandan tam geri çəkilib. Bununla aydın oldu ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımasına dair şifahi bəyanatlarına rəğmən, Ermənistan öz öhdəliklərini kobud surətdə pozaraq ağır hücum silahları ilə silahlanmış 10 minlik güclü silahlı qüvvəsini Azərbaycanda saxlayaraq faktiki olaraq revanş üçün vaxt qazanmağa çalışıb.

Heç bir suveren ölkə öz torpağında bu cür qanunsuz hərbi mövcudluğa dözüm göstərə bilməzdi, o cümlədən Azərbaycan da. Bu, Ermənistanın həyasızcasına saymazlığı və vasitəçilikdə iştirak edən üçüncü tərəflərin adekvat fəaliyyətinin çatışmazlığı səbəbindən dinc yolla baş vermədi.
Azərbaycanın narahatlığını bölüşməsinə baxmayaraq, onlar qapalı qapılar arxasında ictimai çağırışlarında selektiv olmağı seçdilər. Bu, Ermənistanın bizim ərazimizdə yeni təmas xətti inşa edərək, yeni səngərlər qazaraq, yeni minalar basdıraraq və Azərbaycanı qarayaxma kampaniyaları vasitəsilə şantaj edərək danışıqları imitasiya etmək strategiyasını davam etdirə bilmək illüziyasına qapılmasına səbəb oldu”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən qədim bayraqları - MARAQLI

Dünyanın ən qədim bayraqları - MARAQLI

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

End of content

No more pages to load

RADİO