İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO

İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bizim.Media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dövlətimizin başçısına Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə bağlı məlumat verdi.

Qeyd edək ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. İdmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Son illərdə inşa olunan nəhəng idman kompleksləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meyilinin artması ilə nəticələnib. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Bildirildi ki, Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar “Neftçi” təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti 149 ünvanında yerləşir. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək.

Diqqətə çatdırıldı ki, Mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Təlim-Məşq Mərkəzi müasirliyi ilə diqqəti cəlb edir.

Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək.

Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Dövlətimizin başçısı əsas binada yaradılan şəraitlə də tanış oldu.

Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb.

Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir otel bölməsinin yaradılmasıdır. Oteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan var.

Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınıb. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

İdman qurğusunun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

Bu gün Azərbaycanda idman cüdo növünə maraq çox böyükdür. Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olan Azərbaycan bu idman növünün inkişafında çox maraqlıdır. Bu da idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb.

Xüsusilə də cüdo üzrə illik nəticələrə nəzər saldıqda görərik ki, Azərbaycan bu idman növündə 2023-cü ildə Avropa Gənclərinin Olimpiya Festivalında, Avropa və Dünya çempionatlarında və digər mötəbər yarışlarda tarixi qələbələrə imza atıb.

Belə ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub.
Regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.
 



İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 1
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 2
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 3
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 4
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 5
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 6
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 7
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 8
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 9
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 10
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 11
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 12
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 13
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 14
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 15
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 16
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində - FOTO/VİDEO - foto 17

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

Sabah bu rayonda QAZ OLMAYACAQ

Sabah bu rayonda QAZ OLMAYACAQ

FİFA mundial biletlərindən milyardlar QAZANDI

FİFA mundial biletlərindən milyardlar QAZANDI

Bakıda məktəbdə jurnalistlərə hücum oldu - ANBAAN VİDEO

Bakıda məktəbdə jurnalistlərə hücum oldu - ANBAAN VİDEO

İlham Əliyev İspaniyaya başsağlığı verdi - FOTO

İlham Əliyev İspaniyaya başsağlığı verdi - FOTO

Rusiya və Ukrayna Oleşkidə minatəmizləmə işlərinə başlayıb

Rusiya və Ukrayna Oleşkidə minatəmizləmə işlərinə başlayıb

Vüsalə həmkarlarını TƏNQİD ETDİ

Vüsalə həmkarlarını TƏNQİD ETDİ

Türkiyə Moskva və Kiyevi mülki gəmilərə hücumları dayandırmağa ÇAĞIRDI

Türkiyə Moskva və Kiyevi mülki gəmilərə hücumları dayandırmağa ÇAĞIRDI

End of content

No more pages to load

RADİO