İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, sizi yenidən görməyimə çox şadam.

Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq.

Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə. Nəticələr artıq görünür.

Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir. Sizinlə razılaşdığımız kimi, biz müntəzəm olaraq tapşırıqların icrasına nəzarət edirik, hələ ki, öz tərəfimizdən heç kimə irad tutmamışıq. Srağagün SPECA-ya üzv ölkələrin sərgisi ilə tanış olduqda və Sizin hörmətli nazirlə Özbəkistan stendini bir daha ziyarət etdikdə, mən öz səfərim zamanı Daşkənddə şahidi olduqlarımı, məhz Sizin yaratdığınız sənaye gücünü yenidən gördüm və xatırladım.

Bu gün biz kooperasiya çərçivəsində, qarşılıqlı investisiyalar çərçivəsində, mahiyyətcə, həmçinin özümüzü təmin etməyə və ixraca istiqamətlənmiş birgə istehsalı yaradırıq. Bütün istiqamətlər üzrə fəal iş gedir. İli ikitərəfli münasibətlərin yaxşı nəticələri ilə başa vururuq, əlbəttə ki, növbəti ildən də yeni nəticələr gözləyirik. Bir daha xoş gəlmisiniz.

Sonra Prezident Şavkat Mirziyoyev çıxış edərək deyib:

- Çox sağ olun. Sizi bir daha gördüyümə, görüşməyimə şadam. Həqiqətən mən də çox sevinirəm. Siz düzgün qeyd etdiniz ki, bu il bizim üçün çox zəngin il olub. Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm, çünki Siz doğru qeyd etdiniz, biz Sizinlə razılaşmışıq ki, görüşlərimiz çox olduğu üçün nəticələr də çoxdur. Xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan çox yaxşı münasibətlərin olduğu zaman, əlbəttə, nəticənin də olmasını görürlər.

Beləliklə, bir daha Azərbaycanda, gözəl Bakıda olmağıma şadam. Özümü evimdəki kimi hiss edirəm. Hava da elə bizdəki kimidir. Dünən mən tez gəldim, ətrafı seyr etdim və mənim üçün çox xoş oldu.

x x x

Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli dinamik inkişafından məmnunluq ifadə olunub, dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib. Özbək xalqı adından Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb binasının inşasına görə minnətdarlıq bildirilib.

SPECA-nın 25 illiyinə həsr olunan Zirvə görüşünün önəmi, eləcə də Azərbaycanın və Mərkəzi Asiyanın geosiyasi, iqtisadi və siyasi baxımdan vahid məkan olduğu vurğulanıb.

İqtisadi-ticari əlaqələrinin müxtəlif sahələrdə, həmçinin yeni əməkdaşlıq istiqamətlərində genişləndirilməsi ilə bağlı konkret layihələr müzakirə edilib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Dünyanın ən qədim bayraqları - MARAQLI

Dünyanın ən qədim bayraqları - MARAQLI

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

End of content

No more pages to load

RADİO