Prezident Sadır Japarov ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Sadır Nurqojoyeviç, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz.

Sizi yenidən görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Sammitdə iştirakınıza görə sağ olun.

Fikrimcə, bu, həmçinin münasibətlərimizin ikitərəfli gündəliyini müzakirə etmək üçün yaxşı fürsətdir. Sizinlə müntəzəm görüşürük. Mənim Qırğızıstana dövlət səfərimlə bağlı çox yaxşı təəssüratlarım var. Həmçinin Sizin Azərbaycana ötən il etdiyiniz səfəri xatırlayıram. Əlbəttə, Sizi növbəti ildə dövlət səfəri ilə yenə də gözləyirik.

Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik. Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əlaqədar mühüm məsələləri həll edirik. Son vaxtlar beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Bu, həmişə gündəlikdə duran məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə il ərzində görülən işlərə bir daha yekun vuracağıq, il başa çatır, növbəti gələcək addımları müəyyən edəcəyik. Beləliklə, bir daha xoş gəlmisiniz.

Sonra Prezident Sadır Japarov çıxış edərək deyib:

- Hörmətli İlham Heydər oğlu, sağ olun.

Növbəti görüşümüzə çox şadam. Səmimi sözlərinizə görə çox sağ olun. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin vəziyyətinə Sizin verdiyiniz yüksək qiymətə tam şərikəm. Son illər dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Fürsətdən istifadə edərək, Sizə və azərbaycanlı dostlarımıza mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın aktual məsələlərini konstruktiv şəkildə müzakirə edəcək və fikir mübadiləsi aparacağıq.

Qırğızıstan özünün strateji tərəfdaşı olan Azərbaycanla dostluq münasibətlərinə və qarşılıqlı dəstəyə dəyər verir. Bu il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyini qeyd etdilər. Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəldik. Ötən il yüksək səviyyədə iki görüş olub, dövlət başçıları səviyyəsində Dövlətlərarası Şura yaradılıb və onun birinci iclası keçirilib.

Yüksək səviyyədə dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında fəal qarşılıqlı fəaliyyətə şərait yaradıb.

2022-ci ildə bizim qarşılıqlı səfərlərimiz əsnasında əldə olunmuş bir sıra razılaşmalar 5-ci iclası bu il iyulun 26-da Çolpon-Ata şəhərində hökumət başçılarının müavinlərinin sədrliyi ilə keçirilən İqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın xətti ilə praktiki dinamika qazanıb.

Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı fəaliyyət göstəririk və namizədlərin irəli sürülməsində bir-birimizi dəstəkləyirik. 

x x x

Qırğızıstan Prezidenti Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, bunun Cənubi Qafqazda sülh və sabitlik üçün yeni şərait yaratdığını qeyd edib. Qırğızıstan Prezidenti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə də təbriklərini çatdırıb.

Prezident Sadır Japarov qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun şərəfinə Bakıda abidənin ucaldılmasını yüksək qiymətləndirib, buna görə minnətdarlığını bildirib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin daim bir-birinə dəstək göstərdiyi vurğulanıb.

Prezident Sadır Japarov qeyd edib ki, Qırğızıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası münasibətilə təbriklərinə görə Qırğızıstan Prezidentinə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı və birbaşa aviareyslərin təşkil olunması müsbət addım kimi qeyd edilib. Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradılmasının önəmi vurğulanıb, bunun birgə iqtisadi layihələrin inkişafı üçün əlverişli imkanlar yaradacağı bildirilib. Həmçinin ölkələrimiz arasında mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi aparılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Azərbaycanda at əti niyə geniş yayılmayıb?

Azərbaycanda at əti niyə geniş yayılmayıb?

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

End of content

No more pages to load

RADİO